"Azərbaycan hər zaman haqlı tərəf olaraq Ermənistanın cavabını verib və verəcək" - MİLLƏT VƏKİLİ DANIŞDI

“Ermənistan tərəfinin sərhədyanı əraziləri atəşə tutmaqla Azərbaycanı qızışdırmaq istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, bunun nəticəsi olaraq ermənilər dünya birliklərinə sübut etmək istəyirlər ki, Azərbaycan atəşkəsi pozan tərəfdir: “ İran tərəfi Ermənistan dövlətinin sərhədlərini dəyişdirməsini istəmir. Ermənilər danışıqları pozmaq, sülh müqaviləsini imzalamamaq üçün mövcud vəziyyəti gərginləşdirir. Fransa və digər dövlətlər Ermənistana havadarlıq edirlər. Ermənistan kimlərinsə onlara maddi və hərbi baxımdan yardım etməsini gözləyir. Hesab edirəm ki, bu mənfur düşməni islah etmək mümkün deyil bu səbəbdən biz ayıq-sayıq davranmalıyıq. Azərbaycan hər zaman haqlı tərəf olaraq Ermənistanın cavabını verib və verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə