“Laçın yaxın zamanda qoynunu bütün Azərbaycan xalqına açacaq” - DEPUTAT DANIŞDI

“Laçın yaxın zamanda qoynunu bütün Azərbaycan xalqına açacaq” - DEPUTAT DANIŞDI

“Cənab Prezident tərəfindən Laçına Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi böyük bir əhəmiyyət daşıyır. Həm inzibati idarəçilik, həm də strukturların təkmilləşdirilməsi baxımından bu addım özünün müsbət nəticələrini tez bir zamanda göstərəcək. Biz bir daha bütün dünyaya Laçının Azərbaycan torpağı olduğunu bəyan etmiş oluruq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, cənab Prezidentin Laçına yeni təyin olunmuş nümayəndəni qəbulu zamanı da dilə gətirdiyi kimi, bu artıq uğurlu bir yanaşmadır. Bundan sonra da yəqin ki, bütün ölkədə cənab Prezidentin səlahiyyətli icra institutu tətbiq ediləcəkdir. Bu bölgələrdə ayrı-ayrı sahələrin birbaşa dövlət başçısı tərəfindən nəzarətə götürülməsi və vətəndaşlara daha yaxşı xidmət göstərilməsi anlamına gəlir. Bir daha Laçına təyin olunan nümayəndəni təbrik edirik. Laçın da Qarabağımızın bütün dilbər guşələri kimi inkişaf edəcək və ən yaxın zamanda qoynunu bütün Azərbaycan xalqına açacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə