"Azərbaycanın artan nüfuzu xarici güc faktorlarını narahat edir" - SİYASİ EKSPERT DANIŞDI

"Milli Məclisin deputatı Fazil Mustafa kifayət qədər dəyərli fikirləri olan həmçinin cəmiyyətimizdə hörmətli ziyalılarımızından biri kimi ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edən şəxslərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, bu əməl Fazil bəyə qarşı əvvəlcədən planlaşdırılmış və hesablanmış bir sui-qəsddir: "Ümumilikdə bu gün Azərbaycan dövlətinin qlobal siyasi münasibətlər sistemində böyük gücə çevrilməsi xarici güc faktorlarını narahat edir və onlar Azərbaycanın daxilində hansısa bir qarışıqlıq yaratmağa çalışırlar. Hər halda biz hadisələrin gedişatını gözləməliyik.

Baş Prokurorun müavini və Bakı şəhər prokuroru hadisə yerindədir və məsələ ilə əlaqədar olaraq əməliyyat-istintaq qrupu yaradılıb. Lakin Fazil bəyə atılan atəşlər onun həyatına dair sui-qəsdin hazırlandığını deməyə imkan verir. İstənilən halda Azərbaycan siyasi-ictimai fikrinin önəmli simalarından birinə qarşı həyata keçirilən bu hadisə mahiyyətinin nə olmadığından aslı olmayaraq terror hadisəsidir. Azərbaycan cəmiyyəti dövlətimizə güvənir və bu tip hadisələr ölkəmizdə formalaşmış ictimai-siyasi sabitliyi əsla təhdid edə bilməz. Hüquq-mühafizə orqanlarımız operativ bir formada bu hadisənin arxasındakı əsil niyyətləri ifşa edəcək".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə