Xankəndi-Laçın yolunda sülhməramlıların tibb avtomobilinin keçidinə şərait yaradılıb

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. SİA xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin tibb avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə