“İki ölkə arasında çox böyük əməkdaşlıq həyata keçirilir“ - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ
“Bu gün Azərbaycan Avropaya inteqrasiya istiqamətində çox mühüm addımlar atır və nəhəng layihələr davam etdirilməkdədir. Məlumdur ki, Azərbaycan Avropanın ən böyük, etibarlı enerji təminatçısıdır. Azərbaycan nefti, qazı və enerji resursları Avropaya nəql olunur”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.
Onun sözlərinə görə, bu baxımdan Azərbaycan-Latviya münasibətlərini xüsusi vurğulamalıyıq ki, son illərdə bu iki ölkə arasında çox böyük əməkdaşlıq həyata keçirilir: “Bu günlərdə Azərbaycanla Latviya prezidentlərinin görüşünün şahidi olduq. Hər iki ölkə lideri tərəfindən müxtəlif istiqamətləri özündə əks etdirən, maraqlı və diqqətçəkən bəyanatlar səsləndirildi. Biz burada strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin də şahidi oluruq. Məlumdur ki, Azərbaycan Avropa İttifaqı və NATO ilə əlaqələrin inkişafına da böyük önəm verir. Bu istiqamətdə Latviyanın dəstəkləri də mühüm əhəmiyyət kəsb edir. Təbii ki, iki ölkə arasındakı münasibətlər gələcəkdə daha da inkişaf edəcək. Çünki hər iki ölkənin həm iqtisadi, həm də siyasi baxımdan çox böyük potensialı var. Xüsusilə də iqtisadi əməkdaşlıq vurğulanmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB