Almaniya kanslerinin saytından erməni separatçılarının "öz müqəddəratını təyinetmə hüququ" ilə bağlı sözlər silinib
Qarabağdakı separatçı ermənilərin "öz müqəddəratını təyinetmə hüququnun nəzərə alınmasının zəruriliyi" barədə qeyd olunmuş sözlər Almaniya kansleri Olaf Şolsun saytından çıxarılıb. SİA xəbər verir ki, saytda Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi mətbuat konfransı ilə bağlı dərc olunan xəbərin hazırkı variantında Almaniya kansleri bəyan edib ki, “mübahisə Ermənistanın və Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında sülh yolu ilə həllinə nail olunmalıdır".
Qeyd edək ki, Şolzun dediklərindən fərqli olaraq Kanslerin saytında bilinməyən səbəblərdən “mübahisənin sülh yolu ilə həllində Ermənistan və Azərbaycanın ərazi bütövlüyü prinsipi və Qarabağdakı ermənilərin öz müqəddəratını təyinetmə hüququ" əsasında nail olunmalıdır", deyə yazılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB