PREZİDENT İLHAM ƏLİYEV: "Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır"
Bəli, bu gün tarixi hpdisə olan YAP-ın VII qurultayının 2 ili tamam olur. Düz 2 il öncə 31 ilə yaxın şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də tarixi hadisə olaq VII qurultayı keçirildi. Bu qurultay birliyimizin, həmrəyliyimizin nümayişi olmaqla, həm də bu 31 illər ərzində Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə doğru getdiyinin bir daha əyani şəkildə sübutu idi. Bu gün fəxrlə və inamla partiyanın üzvü olaraq deyirəm ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə yaradıldığı ilk gündən siyasi iradəni və xalqımızın milli maraqlarını təmsil edən vahid siyasi qüvvəyə çevrilib. Buna səbəb isə yalnız partiyanın Azərbaycan xalqının istəyi və tələbi ilə Ulu Öndərin qətiyyəti,siyasi iradəsi sayəsində 1992 ci ildə yaradılması olmuşdur. Ulu Öndərin partiya haqqında çıxışlarında qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyasının gücü daima Azərbaycan xalqının Partiyaya inamı, etibarı və etimad göstərməsi ilə ölçüləcəkdir”.
Bəli, bu gün yaradılmasının 31-ci ildönümünü qeyd etdəcəyimiz Yeni Azərbaycan Partiyasının da zəngin və şərəfli yolu, 850 minə yaxın üzvü sıralarında birləşdirməklə Azərbaycan reallıqlarının, ulu öndər Heydər Əliyev ideyalarının təbliğinə geniş imkanlar açılması təhlil olunmaqda, böyük gələcəyi olan təşkilat kimi dəyərləndirilməkdədir. Düz 31 il öncə tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”.
Ulu Öndər Heydər Əliyev ideologiyasının tərənnümü və tarixi reallığı əsasında yaranan və artıq 31-ci ildönümünə doğru inamla addımlayan YAP bu gün də öz uğur və tərəqqi sözünü deməkdədir. Və bu gün partiyamızın 31 ilini Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün üçüncü ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbayacanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.
Bəli, xalqın istəyi ilə yaranan YAP fəaliyyəti dövründə çətin və şərəfli yol keçərək böyük siyasi qüvvəyə çevrilmişdir. Elə buna görədir ki, yaradıcısı ümummilli liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası ötən müddət ərzində hər cür sınaqlardan şərəflə çıxmış, böyük siyasi qüvvəyə çevrilmişdir. Vahid, qüdrətli, mütəşəkkil siyasi qüvvə kimi çıxış edən Yeni Azərbaycan Partiyası bütün sahələrdə qələbələrin qazanılmasında, yüksək nailiyyətlərin əldə olunmasında, müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində aparıcı rola malik olduğunu məhz özünün səmərəli fəaliyyəti ilə sübut edir. Əlbəttə ki, partiyanın bu uğurlarında YAP-ın sədri kimi cənab İlham Əliyevin müstəsna xidmətləri olmuşdur. 2003-cü ilin prezident seçkilərinin taleyini həll edən əsas faktorlar ondan ibarətdir ki, Prezident İlham Əliyev bütün dünya tərəfindən tanınan siyasi liderlik keyfiyyətləri, cəmiyyətin ümumi tələbatlar sistemini düzgün müəyyənləşdirə bilmək bacarığı, milli maraqların gerçəkləşdirilməsi istiqamətində əzmkar və qətiyyətli fəaliyyətidir. Cənab İlham Əliyev sadə Azərbaycan vətəndaşına təkcə uğurlu gələcək vəd etmirdi, həm də bu vədini necə reallaşdıra biləcəyini kifayət qədər aydın şəkildə izah edirdi və bu, cəmiyyətin diqqətindən kənarda qala bilməzdi. Digər tərəfdən, partiyanın özünün keçdiyi şərəfli yol onun xalqı uğurlu gələcəyə apara biləcəyinə də etibarlı təminat bazası formalaşdırmışdı. Bütün bunlar isə seçiciləri "kimə üstünlük verməli" sualı ətrafında düşünmək zərurəti qarşısında qoymadı və Azərbaycan vətəndaşları öz seçimini etdi. Bəli, Yeni Azərbaycan Partiyasının fəaliyyəti təkcə keçmişimizlə yox, həm də bu günümüz, gələcəyimizlə bağlıdır. 2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərinin nəticələri də bir daha göstərdi ki, bu siyasi təşkilatın fəaliyyətinin ictimai-fəlsəfi mahiyyəti Azərbaycanın milli dövlətçilik ənənələrinin inkişafı ilə sıx bağlıdır və hələ uzun illər onun siyasi həyatımızda həlledici rol oynayacağı şübhə doğurmur. Bu mənada Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev daim bəyan edir ki, o, Heydər Əliyev ideyalarına, onun müəyyənləşdirdiyi yola alternativ görmür və gələcək fəaliyyətini də məhz bu prinsiplər əsasında quracaqdır: "Mən öz seçkiqabağı çıxışlarımda dəfələrlə demişdim ki, bu siyasətə sadiq olacağam. Bir vətəndaş kimi, bir siyasətçi kimi mən açıq-aydın görürəm ki, Azərbaycanda bu siyasətə alternativ yoxdur. Əgər biz istəyiriksə ki, Azərbaycan xalqı rahat, xoşbəxt yaşasın, bu siyasət mütləq və mütləq davam etdirilməlidir".Bəli, 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı da ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisə kimi yadda qalıb.
VII QURULTAYI DA ÖLKƏMİZİN İCTİMAİ-SİYASİ HƏYATINDA ÇOX MÜHÜM HADİSƏ KİMİ YADDA QALIB
Bu gün YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir. Məhz bundan irəli gələrək, bir il öncə 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı da ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisə kimi yadda qalıb. Bu gün Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi genişmiqyaslı islahatlar bütün sahələri, o cümlədən siyasi sferanı da əhatə edir. Dövlətimizin başçısı, partiyanın Sədri İlham Əliyevin söylədiyi kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır. Artıq bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən islahatlar siyasi partiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərir. Yeni Azərbaycan Partiyanın VII Qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər. Eyni zamanda, qurultaydan keçən bir il ərzində YAP bir sıra ölkələrin siyasi partiyaları ilə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıb. Xüsusilə, Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hər iki partiyanın birgə təşkilatçılığı ilə ötən il videoformatda konfranslar keçirilib, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutub. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir. Həmçinin, YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürdü. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”.
PREZİDENT İLHAM ƏLİYEVİN APARDIĞI SİYASƏTİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ, EYNİ ZAMANDA, ONUN SƏDRİ OLDUĞU PARTİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ DEMƏKDİR
Bəli, bu gün Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır. 31 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyini göstəricisidir. Məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır".
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev martın 5-də partiyanın keçirilən VII qurultayında çıxışı zamanı bir çox məsələlərə toxunaraq partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu bildirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayından üç il ötdüyünü və bu illər ərzində böyük nailiyyətlər və qələbələr əldə olunduğunu deyib: “Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir".
Bəli, bu Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu, son 31 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Bir sözlə, bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB