"Azərbaycan BMT-yə qəbul edilmək üçün bütün şərtləri ödəyirdi" - POLİTOLOQ ŞƏRH ETDİ
"SSRİ dağıldıqdan sonra, yəni 1991-ci ildən başlayaraq özünü müstəqil elan etmiş bütün müttəfiq respublikalar BMT-nin üzvü olub. Əlbəttə BMT üzvlüyü məsələsi bir sıra tələblərin həyata keçirilməsi ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, burada ərazi, bütövlük məsələsi, ölkənin iqtisadi, siyasi və mədəni inkişaf səviyyəsi mühüm rol oyanırdı: "Ən başlıcası isə onun müstəqil ölkə kimi mövcud ola biləcəyinin parametrləri araşdırılır və bundan sonra BMT-yə qəbul edilirdi. Xüsusilə də burada üzvlüyə qəbul gözləyən dövlətin bəzi dünya ölkələri tərəfindən tanınması da şərt kimi qəbul edilirdi. Azərbaycan isə BMT-yə qəbul edilmək üçün lazım olan bütün şərtləri ödəyirdi. Bu səbəbdən də Azərbaycan 1992-ci ildə BMT-nin üzvü kimi qəbul olundu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB