Azərbaycan Qoşulmama Hərəkatının inkişafı üçün ciddi səylər göstərib- Liviyanın Prezident Şurasının sədri
Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşü yüksək səviyyədə təşkil olunub və böyük əhəmiyyət kəsb edir.
SİA xəbər verir ki, bu fikri Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə söyləyib.
Tədbirə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən qonaq Azərbaycanın Qoşulmama Hərəkatının inkişafı üçün ciddi səylər göstərdiyini və töhfələr verdiyini qeyd edib. Məhəmməd Yunis Əl-Mənfi vurğulayıb ki, Liviya Azərbaycanla əlaqələrdə maraqlıdır və beynəlxalq gündəlikdə duran bir çox məsələlərə münasibətdə ölkələrimizin mövqeləri üst-üstə düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB