Səd heyif, xalqımızın qonaqpərvərliyinə, tolerantlığına ki, hələ də nə dari-fənadə qiymət verilir, nə də zümreyi-insan içrə. Əlminnətü-lillah, tolerantlıq ənənələrimiz ərşi-əlaya da əyandır, fəqət nə qədrü-qiymət var, nə də ki, dəyər. Hənuz, biz hər məqamda amadə olmuşuq bu xüsusda, fəqət bunca olunanların qarşılığında nə qədər xəyanət görməliyik, əcəba? Heyhat, hayların bunca xəyanətləri ilə yanaşı dübarə bizə xain kəsilən binəvalər də aramızda gəşt etməkdə, öz nanəciblikləri ilə nifrət qazanmaqdadırlar.
“Mən belə əsrarı qana bilmirəm”, deyən Mirzə Ələkbər Sabirə Allah rəhmət eləsin. Çün bu qədər eybcuları qanmaq, dəmadəm qarşılaşmaq çox mürəkkəb məsələdir, fəqət qanmamaq da dəxi mümkün deyil. Qabili-imkanmı olur qanmamaq? Yaxud, məcməri-nar içrə olub yanmamaq... Ay həzərat, məmləkətimiz, onun dilbər güşələri əsrlər boyu Müsyo Jordan misalında, təkcə əcnəbilərin müvəqqəti qulluği-şərifində olmayıb axı. Müxtəlif xalqlar, etnoslar bu məmləkətdə kefi-damaqda yaşayıb, yenə də yaşamaqdadır. Fəqət, əfsus ki, haylar kimi göftigulər qoparan müxənnətlərlə yanaşı, onların dəyirmanına su tökən molla rejimi kimi qonşular da pərvəriş görmüşdülər bizdən.
Əşhədü-billah bu gün hələ də məmləkətimizdə yaşayan, bu xalqın tolerantlığından hiyləgərcəsinə istifadə edən müxənnətlər var. Mərd igidləri müxənnətdən seçən 44 günü, eləcə də namərd və xain hayların hay-hayının getdiyini, vay-vayının qaldığını görən bu bişüurların bu xalqa xaincəsinə davranmasına mat-məəttəl qalırsan. Düşünürsən ki, əsəba, dərs olmadımı bunlara? Yaxud da ki, məmləkətimizdə doğulan, yaşayan, havasını, suyunu, əkməyini həzmi-rabidən keçirib, sonra da nanəciblik edən hansısa xalqın, etnosun nümayəndəsinin sonra nə üzlə yaşadığı adamı çaş-baş salır. Çün adamın elmi-gümanına da gəlmir ki, bu cür xəyanət əqli-kamalda belə yarana bilər, axı onlar hali-məqamlarına görə ən azından vəfa borcunu duymalı idilər, xəyanətdə bulunmalı yox.
Müxtəsəri, son zamanlar məni mat-məəttəl qoyan bir halın, hadisənin, olayın şahidi olduqda çox mütəəssir oldum. Aramızda hələ neçə-neçə nankorun olduğu hali-pəjmürdəliyimə səbəb oldu. Əlqərəz, hadisə məmləkətin düz paytaxtında bir şirkətdə vaqe olmasa idi, bəlkə də nə bəndeyi-fəqiriniz bu barədə bilərdi, nə də hüquq mühafizə orqanları məlumatlandırılardı, çün əyalətdə buna məhəl qoyulmaya bilərdi və nankor da bundan sui istifadə etməkdə davam edərdi. Ərz-hal edim ki, barəsində təəssüf hissi ilə qeyd edəcəyim, milliyyətcə rus olan, lakin Azərbaycanda doğulub həddi-buluğa, hətta ixtiyar yaşa çatan Starikov Yuriy Viktoroviçin nankorluğu barəsindədir. Ruzigarın dərbədər etdiyi bu binəva küçə-küçə gəzib, çayxanalara, kafelərə daxil olub əlindəki xırda-xuruş əşyaları sataraq yarıac, yarıtox həyat sürən bir fəqir olduğunun şahidi olan bir şirkət rəhbəri elə xalqımıza məxsus həmin o mərhəmət hissi ilə ona rəhbərlik etdiyi şirkətdə işləmək təklifi edir. Zəbanı-ərz edim ki, bu təklifdən bir müddət keçdikdən sonra işlə təmin olunan həmin adama əlavə iş saatlarına görə əlavə ödəniş də edilir, hətta qalacağı yerinin olmaması nəzərə alınaraq şirkət ərazisində yer də verilir. Bir sözlə, yenə də mərhəmət hissi ilə həmin o füqəra elmi-gümanına gəlməyən, təhəssür etdiyi bir hali-məqama yetişir. Bunca mərhəmətin müqabilində onun saf-sadiq olacağı hər kəsin qəbul edəcəyi bir məqam hesab edildiyi halda, nankorluq edəcəyi heç kimin ağlından keçməyəcəyi halda, namərdcəsinə iş saatları bitdikdən sonra, xüslasə, heç kimin olmadığından və etibardan sui- istifadə etməklə oğurluq əməlinə əl atması, özü də öz övrəti və tifilini də bu işə cəlb etməsi, mütəşəkkil şəkildə davamlı olaraq oğurluqda bulunması namərdliyin və nankorluğun son həddidir. Sözümün mabədi bundan ibarətdir ki, miskin həyatdan xilas edənlərə qarşı bu tərzi-hərəkət kimsənin halını bihal etməyə bilməz. Çün, vicdanını təbah etdi, verdi fənayə doğruluğu, irtikab eylədi oğruluğu.
“Bilməm nə zaman qəhrin edər aləmi bərbad?!”, deyən dahi şairimiz Mirzə Ələkbər Sabir belə nankorları görərkən ərşi-əladan gələcək qəhr barədə düşünürdü. Bu qəhri-ilahinin nə olduğunu anlayan bəndə ən azından, “əhv qıl, eyləmişəm çox qələtü səhvü xəta”, deyərdi. “Tövbə, ya Rəbb, xəta rahinə getdiklərimə!”, desəydi, bəlkə rəbbi tərəfindən də, bəndəsi tərəfindən də bağışlana bilərdi. Fəqət, haqq sahibinin deyil, övrətinin qarşısında özünü mükəlləf hesab edən bu binəva özünü biçarə duruma sürüklədiyinin fərqində deyilmiş. Fərqində deyilmiş ki, bu çirkin əməli cinayət məsuliyyəti tələb edir və azadlıqdan məhrum olmaları bahasına onlara başa gələcək. Məgər çirkin əməlləri qarşısında kimsə acizdir, yoxsa kiminsə öz haqqının tələb olunası, hüquqi tələblər barədə imkanının olmamasını zənnü-xəyallarında canlandırırlar bunlar? “Məzəli lap budu ki, bir çox urus damaları, qoşulub bunlara derlər ki, müsəlman ölüb əəə!”, deyən dahi şair elə bil zamanəmizdən və vaqe olan haldan yazırmış. Bu məmləkətdə yaşayan, bu xalqın mərhəmətinə sığınan fəqirin elə bu xalqı da avam hesab etməsi, aldatmağa çalışması ilə yanaşı, sarkazmlarla dolu ifadələr işlətməsi bağışlanmazdır, hansı ki, bu cütlük öz aralarında buna da yol verib. Bunun da elə həmin o müraciət olunmuş hüquq-mühafizə orqanlarında nəzərə alınacağı da zərrə qədər şəkk-şübhə doğurmur. Fəqət, təəssüf doğuran bir məqam əhli-hal üçün müəmma deyil ki, çörəyimizin duzu yox imiş və barı bundan sonra dəxi ülumi-dünyəviyyə və əlsinəyi-əcnəbiyyəni əxz etməli, bu hali-məqamları nəzərə almalı, məsud olmalıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB