Co Baydenin məqsədi nədir? - XARİCDƏ YAŞAYAN SİYASİ ŞƏRHÇİ

Co Baydenin məqsədi nədir? - XARİCDƏ YAŞAYAN SİYASİ ŞƏRHÇİ

“ABŞ prezidenti Co Baydenin gözlənilməz Ukrayna səfəri və orada Ukrayna dövlətinə verdiyi dəstək, Rusiyanın hərbi təcavüzü və işğalçı siyasəti, uğursuzluqla nəticələnəcək bəyanatı, dünyanın demokratiya beşiyi olan “Ukrayna yalnız deyil və yalnız qalmayacaq” ismarıcı çox tarixi bir mesajdır. Bu Avropanın və dünyanın gələcəyini müsbət mənada dəyişəcək. Demokratik toplumların düşmənləri və demokratikləşmə prosesinə qarşı çıxan qüvvələrin neytrallaşdırılması gələcəkdə dünyanın sülh və rifah içində yaşaması üçün ən vacib məsələdir. Bu demokratik dövlətlərin əsas gündəmini əhatə edir”. Bu sözləri SİA-ya açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin idarə heyətinin üzvü, Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sadiq İsabəyli deyib.

Onun sözlərinə görə, biz görürük ki, bir çox yerlərdə bu məsələ gündəmə gətirilib: “İranda da bu məsələ gündəmdədir.

Co Baydenin Ukrayna səfəri, sonra da Polşadakı çıxışı və kəskin şəkildə Ukraynaya, Avropanın bir sıra dövlətlərinə dəstək verməsi dövlətlərə o mesajı çatdırır ki, biz dünyanın demokratik dəyərlərə uyğun istiqamətini hər hansı bir formada dəyişdirilməsinə cəhd siyasətinə icazə və imkan verməyəcəyik. Bu istiqamətdə hətta Rusiya prezidendi Putin kimi işğalçılığı özünə siyasət seçən liderlərin də aqresiyyasının qarşısında kəskin şəkildə bütün imkanlarımızla duracağıq. Mənə elə gəlir ki, bu gələcəkdə həm də o imkanı yaradacaq ki, Avropa dövlətləri arasında iqtisadi, siyasi və hərbi əməkdaşlıq daha da güclənsin, yeni istiqamətlərdə əməkdaşlıqlar inkişaf etsin. Bu istiamətdə bir sıra ölkələr var ki, həmin ölkələrin təsiredici rolları daha da gündəmə gələcək. Bu ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın enerji təhlükəsizlik istiqamətində Avropaya verə biləcəyi dəstək potensialı çox böyükdür. Bu potensialın reallığa çevrilməsi Azərbaycanı təsiredici bir ölkə edəcək. Həmçinin, Azərbaycanın bölgəsəl problemlərində Avropa və qərb dövlətləri ölkəmizin yanında olacaq. Bu məsələlər baş verməsin deyə başda Fransa olmaqla, Ermənistan və İran çalışır ki, Azərbaycana öz təzyiqlərini müxtəlif formada artırsınlar, süni problemlər gündəmə gətirsinlər. Amma artıq o qlobal gedişatı və Azərbaycanın regional rolunu nəzərə aldıqda, biz görürük ki, proseslərin içində Co Baydenin verdiyi bu mesaj Azərbaycanın dövlət olaraq güclənməsi istiqamətindədir”.

Sadiq İsabəyli sözlərinə belə davam edib: “Düşünürəm ki, ABŞ və Avropa arasında qlobal yönümlü siyasətdə hər hansı bir uçurumun yaradılması əvvəlki kimi asan olmayacaq. Bunun ən sevindirici yanı odur ki, Fransa kimi dövlətlər həmişə çalışırlar ki, ixtilaflar yaratsınlar və bu ixtilaflardan özlərinə imtiyazlar qazansınlar. Bu siyasətlərin uğursuzluqla nəticələnəcəyini indidən demək mümkündür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə