Ekofəalların istəkləri niyə yerinə yetirilmir? - MÜNASİBƏT BİLDİRİLDİ
“Əvvəla, onu deyim ki, tələblərimiz yerinə yetirilməyənə qədər kimin nə deməyindən asılı olmayaraq aksiya davam edəcək. Biz öz torpağımızda dayanmışıq”. Bu sözləri SİA-ya açıqlamasında Gənclərin Anti- Narkomaniya İctimai Birliyinin sədr müavini Büllur Məmmədova deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni qruplaşmaları Azərbaycanın ekologiyasına zərbə vurur və bizim sərvətləri talamaqla məşğuldur: “Biz buna etiraz edirik və heç kim bizə bunu irad tuta bilməz. Azərbaycan ekoloqları qanunsuz istismar olunan yataqlara keçməli və onların monitorinq aparmaları üçün lazımi şərait yaradılmalıdır”.
Billur Məmmədova sözlərinə belə davam edib: “Nəyə görə bu günə qədər tələblərimiz yerinə yetirilməyib” sualına isə belə cavab verərdim ki, sözsüz ki, həmin yataqlarda ermənilərin hansı qanunsuz fəaliyyətlərlə məşğul olduqlarını rus sülhməramlıları da görür. Amma onlar bunun qarşısını almır, demək ki, bu fəaliyyətə şərikdirlər. Belə olan halda ermənilərdən əlavə rus sülhməramlıları və onların Moskvada əyləşən rəhbərləri də, təbii ki, Azərbaycan ekofəallarının haqlı tələblərinin yerinə yetirilməsinə hər cür mane olmağa çalışacaqlar.
İkincisi, Fransa, ABŞ kimi ölkələrdə fəallaşan erməni diasporunun da mənfi təsirlərini unutmaq olmaz. Onlar bilir ki, Azərbaycan tərəfinin bu tələbinin yerinə yetirilməsi, eyni zamanda, ərazilərimizdə qalmış qanunsuz erməni hərbi birləşmələrinin ləğvi ilə nəticələnəcək. Buna imkan verməmək üçün bir sıra ölkələrdə uydurma tələblərlə kampaniyalar təşkil edirlər, heç bir hüquqi qüvvəsi olmayan sənədlər qəbul etdirirlər. Amma unudurlar ki, onların manipulyasiyalarının Azərbaycan ekofəallarının iradəsi və əzminə cüzi də olsa təsiri yoxdur. Mən bura İranı da əlavə edərdim. Bir sözlə, ermənilər yenə də anlamırlar ki, onlardan, sadəcə, istifadə edirlər. Bu günə qədər yalandan, boş-boş qışqırmaqla heç nəyə nail ola bilməyiblər, bundan sonra da belə olacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB