Azərbaycan səfiri Kubanın Prezidenti ilə görüşüb

Azərbaycan səfiri Kubanın Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev bu ölkənin Prezidenti Migel Dias-Kanel Bermudeslə görüşüb. SİA xəbər verir ki, səfir bu barədə tviter hesabında yazıb.

Səfir qeyd edib ki, görüş zamanı xalqlarımız arasında mövcud olan əməkdaşlıq və tarixi dostluq haqqında söhbət aparılıb.

Qeyd edək ki, Azərbaycan səfiri yanvarın 12-də etimadnaməsini Kuba Prezidentinə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə