Azərbaycan səfiri qazaxıstanlı nazirlə əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bu ölkənin informasiya və ictimai inkişaf naziri Darxan Kıdırəli ilə informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığı müzakirə edib.
SİA xəbər verir ki, bunu azərbaycanlı diplomat "Twitter"də yazıb.
“Bu gün qardaş Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Darxan Kıdırəli ilə səmimi görüş keçirdik. Ölkələrimiz arasında informasiya və kommunikasiya, həmçinin gənclər siyasəti sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsini müzakirə etdik”, - o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB