Azərbaycan Respublikası strateji tərəfdaş kimi diqqət mərkəzindədir ŞƏRH

Azərbaycan Respublikası strateji tərəfdaş kimi diqqət mərkəzindədir ŞƏRH

Dünyanın müharibələr fonunda enerji böhranı yaşaması dövlətlərarası münasibətlərdə müvazinət dəyişməsinə səbəb olur. Bu, Avropa dövlətlərinin yeni iqtisadi tərəfdaşlıq arayışı formasında qabarıq gözə çarpır. Azərbaycan Respublikası neft ölkəsi olması ilə yanaşı enerji dəhlizi kimi hal-hazırda Qərbin diqqət mərkəzindədir.Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bakıda rəsmi səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə başçıları iki dövlət arasında uzun illər ərzində strateji tərəfdaşlıq əsasında əlaqələrin inkişafını müsbət qiymətləndirdilər. Beləki, siyasi əlaqələr çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər strateji maraqlara xidmət edir.

Prezident İlham Əliyev ticari-iqtisadi əlaqələrin həcmini təhlil edərkən ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil etməsini o qədər də qənaətbəxş hesab etmədiyini və bu sahənin şaxələnməsinin hökumətlərarası komisiyanın işində əsas məqsəd olaraq tövsiyə etdi.Cənab İlham Əliyev Buxarestdə rəsmi səfər zamanı təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış sazişin müddəaları haqqında məlumat verərək, Azərbaycan qazının Avropa məkanında yeni ünvana çatacağını və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazının nəql ediləcəyini bildirdi. Siyasi və iqtisadi tərəfdaş kimi Azərbaycan – Rumıniya əlaqələri Avropanın da maraqlarına xidmət edir.

XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin həyata keçirilməsi və Avropa İttifaqı üçün Azərbaycan Respublikasının etibarlı enerji tərəfdaşına çevrilməsi Avropa məkanına qaz ixracını artırır. Qeyd etmək yerinə düşər ki, Cənub Qaz Dəhlizinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Cənubi Avropaya ixracını təmin etməkdir.Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlər qurub. Hər iki dövlət strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırlaşır.

Leyla Hüseynova

YAP Yasamal rayon təşkilatı

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə