Bu ekoaksiyada iştirak etdiyim üçün çox şadam və fəxr edirəm. Azərbaycanın təbii sərvətlərinin talanmasının dayandırılmasına qarşı keçirilən aksiyanı dəstəkləyirəm.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri müsahibəsində Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Yuri Kovalyovun qızı, Azərbaycanın rus icmasının üzvü Regina Kovalyova söyləyib.
"Mən Qarabağda atamı itirmişəm. Ona görə də bu torpaqlar mənim üçün çox əzizdir. İlk dəfədir Şuşada oluram. Bu anı uzun zamandır gözləyirdim", - deyə R. Kovalyova vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB