"Heydər Əliyev və Azərbaycan gəncliyi" FOTOLAR

"Heydər Əliyev və Azərbaycan gəncliyi" FOTOLAR

YAP Ağdam rayon təşkilatının və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər Günü ilə münasibəti ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin rayonun mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər.

Ağdam rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, rayon Gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov, qazilər, YAP rayon təşkilatının əməkdaşları, fəalları, rayon icra hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev çıxışında bildirib ki, bugünkü Azərbaycan gəncliyi sağlam təməl prinsipləri üzərində qurulmuşdur. Bu təməl prinsipinin banisi isə Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir. M.Quliyev həmçinin qeyd edib ki, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı, məhz Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə yetişən gənclərin övladları olan, Ali Baş Komandan cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Bu gün bizim qəhrəman gənclərimiz dövlət tərəfindən yüksək orden, medallarla təltif ediliblər və onlar gələcək nəsillərimizə bir örnəkdirlər.

Daha sonra çıxış edən Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev və digərləri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında böyük rol oynamasından, Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Ali Baş Komandan Cənab İlham Əliyevin həmin prinsiplərə sadiq qalaraq Azərbaycan gəncliyinin dünya səviyyəsində tanınmasına nail olmasından, ölkə gəncliyinin 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın "Dəmir yumruğ"u ətrafında birləşərək, torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulmalarından söz açıblar.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə Fəxri Fərman, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmiş bir neçə gəncə isə üzvlük vəsiqələri təqdim edilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə