“Biz dünyanın bir çox diplomatik korpuslarında Azərbaycanın İrandakı səfirliyinə olunan hücum kimi hadisələrlə qarşılaşmışıq. Lakin burada unikal olan odur ki, Azərbaycandan olan və mühafizəçi funksiyasını yerinə yetirən Vasif Tağıyev bu dəfə əli silahsız olaraq peşəkar bir terrorçunu zərərsizləşdirə bilib”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, adətən, terrorçular çox yerlərdə zərərsizləşdirilir: “Lakin bu, xüsusi təyinatlı və bu işlə peşəkar məşğul olan silahlı bölmələrin imkanları hesabına mümkün ola bilər. Burada biz bir qəhrəman vətəndaşımızın başqalarını xilas etmək üçün öz həyatını real təhlükəyə atdığının şahidi olduq”.
Ədalət Verdiyev sözlərinə belə davam edib: "Burada önəmli olan bir çox məqam var. Biz həm Vətən müharibəsində, həm də ondan sonrakı dövrdə Mübariz İbrahimovun və digər qəhrəmanlarımızın fəaliyyətləri ilə tanış idik. Bu döyüş əməliyyatlar teatrında baş verirdi. Amma bu dəfə biz Vasif Tağıyevin döyüşdə deyil, diplomatik korpusumuzun əməkdaşlarının həyat və təhlükəsizliyini qorumaq üçün öz həyatını real təhlükəyə atdığının şahidi olduq. Bu, bir qəhrəmanlıq nümunəsidir. Bu nümunə bizim gənclərimizin, əsgərlərimizin və ümumiyyətlə, Azərbaycan xalqının qəhrəmanlıq tarixində parlaq bir qələbə kimi yadda qalacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB