Ekoaskiya nə vaxta qədər davam edəcək? - TELMAN QASIMOV DANIŞDI

Ekoaskiya nə vaxta qədər davam edəcək? - TELMAN QASIMOV DANIŞDI

“Keçən ilin dekabr ayından başlayan eko aksiyanın əsas məqsədi 1 gün orada aksiyanın təşkil olunması və qeyri-hökumət təşkilatlarının Volkovla görüşüb, ona öz etirazlarını və tələblərini təqdim etməkdən ibarət idi". Bu sözləri hərbi-siyasi ekspert Telman Qasımov SİA-ya Şuşa-Laçın yolunda təşkil olunan və 51 gündür davam edən ekoaksiya barədə fikir bildirib.

Onun sözlərinə görə, bunun da nəticəsində biz artıq həmin günün axşamı qayıtmalı idik: "Təəssüflər olsun ki, bu aksiya 51 gündür davam edir. Bu aksiyanın davam etməsinin əsas səbəbi Volkovun biz olduğumuz əraziyə gəlməməsi və yazılı şəkildə ona təqdim edəcəyimiz tələbləri, eyni zamanda, təklifləri qəbul etməməsi oldu. Ona görə də aksiya bu günə qədər davam edir və rəsmi şəkildə heç bir məlumat yoxdur. Düzdür, qarşı tərəfdən müəyyən məsələlər bildirilsə də, müəyyən işlər dayanıb. Lakin biz orada olanda bildirirdilər ki, sizin həmin yataqlarınız istismar olunmur. Sonradan məlum oldu ki, fəhlələr evə göndərilib artıq yataqlarımıza hücum etmirlər. Buradan da sübut oldu ki, onlar faktiki olaraq ilk növbədə etiraz etdikləri hərəkətlərini bu məlumatla da təkzib etmiş oldular. Keçirilən aksiyalar dinc məqsəd daşıyaraq davamlı xarakter alıb. Aksiyanın nə zamana kimi davam edəcəyi barədə heç bir məlumat yoxdur. Çünki müəyyən məsələlər var ki, onlar öz həll yolunu tapmayıb. Ermənilər beynəlxalq ictimaiyyətin fikirlərini yayındırmaq üçün müxtəlif bəhanələr yayırlar. Bunların biz özümüz də şahidi oluruq. Bu gün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Beynalxalq Hüquq üzrə ekspert, Laurens Martin məni Xankəndi-Laçın yolunun bağlanmasının baş günahkarlarından biri kimi təqdim edib. Adama deyərlər ay axmaq, aksiya başlanandan bir dəfə olsa gəlib şəxsən müşahidə etmisənmi yaranmış vəziyyətlə…"

Telman Qasımov L.Martinin bütünlüklə çıxışı anti-Azərbaycan və ölkə rəhbərini yersiz iddialı çıxışlarla da bağlı olduğunu qeyd edib: "Yenə orada mənə şər-böhtan ataraq, mənim ünvanıma müxtəlif qarayaxmalar səsləndirdilər. Avropa Məhkəməsində adımı hallandırdılar. Görünən odur ki, bu məsələlər şantaj və yalanlar üzərində qurulub. Hər nə olursa, olsun onlar bizi və aksiya iştirakçılarını ləkələməklə məşğuldurlar. Burada vətəndaş cəmiyyətindən söhbət gedirsə, müxtəlif təbəqənin insanları ola bilər. Əsas o deyil ki, orada olan hər kəs ekologiya ilə bağlı olan mütəxəssis və ya işçi olsun. Mən iki il bundan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxətlif tədbirlərdin də iştirak etmişəm və həmin tədbirlərin videolarını elə erməni dilində özlərinə çatdırdım ki, siz yalan danışırsınız. Onlar heç nəyi araşdırmır ancaq günahlandırırlar və bütün var gücləri ilə bizim aksiyanı ləkələməyə çalışırlar. Biz onlara faktlarla cavab verməliyik”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə