İran dövlətinin birbaşa borcu və vəzifəsidir ki... - DEPUTATDAN İTTİHAM

"Tehrandakı Azərbaycan səfirliyinə qarşı edilən hücum sıradan bir hadisə deyil, bu, İran hakimiyyət strukturları tərəfindən tərtib edilmiş qanlı olaydır. İran bir dövlət kimi üzəriə düşən öhdəlikləri yerinə yetirə bilməyib, daha doğrusu yerinə yetirmək istəməyib. Əvvəla, Azərbaycan səfirliyinə qarşı hücumların olma ehtimalı yeksək idi, ikincisi bu barədə SEPAH-ın Qüds briqadasının polkovniki hələ 2-3 ay bundan qabaq separatçı telekanallardan birinə verdiyi açıqlamada Azərbaycan səfirliyinə və naxçıvanlı sürücülərə qarşı törədiləcək terror hadisələrinin anonsunu vermişdi. İran daha nələri deməli idi? Bu ölkə açıq şəkildə terroru təşkil edən, terrorçuları maliyyələşdirən və qanlı olayları tərtib edən bir dövlətdir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bilridib ki, İranın bu olaylarda etnik azərbaycan türklərindən istifadə etməsi də təhlükəlidir: "İranın daxilində vəziyyət çox gərgindir. Rejimin siyasətindən, sosial problemlərdən, etnik ayrı-seçkiliklərdən əziyyət çəkən insanlar halimiyyətə qarşı, onların irticaçı siyasətinə qarşı artın 4 aydan çoxdur ki, mübarizə aparırlar. Qrşıdurmalarda 500-dən artıq vətəndaş həyatını itirib, yaralalanların və həbs olunanların sayı on minlərlə ölçülür. Hər gün yeni şəhərlərdə etiraz aksiyası daha böyük kütlənin iştirakı ilə həyata keçirilir. Molla rejiminin də qarşılıq verməsi şiddətli şəkil almağa başlayır. Etirazlarda iştirak edən onlarla gənc edam edilib ki, bu da etirazları bir az da artırıb. Tehran rejimi diqqəti bu hadisələrdən yayındırmaq üçün daha çox səs-küy yaradacaq hadisələrin tərtibatı ilə məşğuldur. Azərbaycan səfirliyinə hücumu da bu sıraya daxil etmək olar. Digər tərəfdən Azərbaycan səfirliyinin hədəf seçilməsi İranın Azərbaycana münasibətinin, zor dilində danışmaq ritorikasının nəticəsi kimi də qəbul edilməlidir. Rəsmi Tehran diqqəti daxili problemlərdən xaricə daşımağa çalışır. Bu təcrübə İranda mollaların hakimiyyətə gəldiyi ilk gündə də tətbiq edilmişdi. Devrilmiş şaha sədaqətli olan generalları, yüksək rütbəli məmurları mollalarla bir araya gətirmək, birləşdirmək üçün İrakla 8 illik müharibəni başlatmaq rejimin özəl siyasi gedişlərindən biridir".

A.Hüseynov əlavə edib ki, bütün bunlara baxmayaraq İran öz məsuliyyətini ciddi şəkildə anlamalı və baş vermiş qanlı olaya görə üzərinə düşən vəzifələrini, öhdəliklərini icra etməli, ciddi addımlar atmalıdır: "İran Vyana Konvensiyasına imza atan ölkələrdəndir və Tehran həmin Konvensiyadan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Bu, İran dövlətinin birbaşa borcu və vəzifəsidir. Ona görə də İran dövləti tez bir zamanda Səfirliyimizə qarşı törədilən qanlı olayın təçkilatçısı və ya təşkilatçılarını, sifarişçisi və ya sifarişçilərini aşkarlayıb, üzə çıxarmalı, günahkarları cəzalandırmalıdır. Əks təqdirdə iki ölkə arasında münasibətlərə şüurlu, həm də ciddi şəkildə ziyan vuracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə