“Yürüş Parisin bəzi bölgələrində gərginliklə müşayiət olundu” - TÜRK POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Yürüş Parisin bəzi bölgələrində gərginliklə müşayiət olundu” - TÜRK POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Fransa son günlərdə baş verən və 44 nəfərin qatıldığı etirazlar zamanı həbs olunanların son sayını açıqlaya bilmədi. Dünya mətbuatı bu aksiyaların baş verdiyini yazsa da cümə günü axşam saatlarında keçirilən etiraz aksiyası zamanı etirazçılarla polis qüvvələri arasında ara-sıra toqquşmalar yaşansa da, Fransa hökuməti gərginliyi daha da artıraraq bu üsyanı gücləndirdi". Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Onun sözlərinə görə, milyonlarla insanın Fransa prezidenti Emmanuel Makronun pensiya yaşını yüksəltməyi planlaşdırmasına qarşı olan bu yürüş Parisin bəzi bölgələrində gərginliklə müşayiət olundu: “İğtişaşlar zamanı yüzlərlə velosiped və avtobus dayanacağı yandırıldı.

Fransadakı bu etirazlar daim digər dünya dövlətlərinin daxili işlərinə qarışaraq, çaşqınlıq yaratmağa çalışır: “Cümə axşamı Fransada keçirilən nümayiş nəqliyyat sektorunda böyük bir fasiləyə şahidlik etdi. İctimai xidmətlər və təhsil sektoru da təsirləndi, beləliklə də Fransanın nəqliyyat şəbəkəsi iflic oldu və ölkədəki məktəblər və neft emalı zavodları bağlandı. Avropa mediası bunu Fransada hökumət əleyhinə ən böyük nümayiş elan etdi. Türkiyə və Avropa dövlətləri bu prosesi diqqətlə izləyirlər. Fövqəladə etirazlar bir an əvvəl bitsə, Fransız xalqının öz ölkələrində rahat bir həyat sürəcəklər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə