Gürcüstan mediası Azərbaycan XİN-in bəyanatına geniş yer ayırıb
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı yaydığı bəyanat Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub. SİA xəbər verir ki, Gürcüstanda geniş oxucu kütləsinə malik kvira.ge, interpressnews.ge, reportiori.ge, exclusivenews.ge, qartuliazri.reportiori.ge informasiya portalları bəyanatın tam mətnini dərc ediblər.
Bəyanatda deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Sovet Ordusunun hərbi hissələri və xüsusi təyinatlılarının, habelə daxili qoşunların kontingentinin Azərbaycana qarşı törətdiyi hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt, Lənkəran və Neftçala şəhərlərində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı soyqırımı törədilib. Hərbi təcavüz nəticəsində 150 dinc sakin həlak olub, 744 nəfər ağır yaralanıb, 4 nəfər itkin düşüb.
Qeyd olunur ki, faciəli hadisələrdən sonra 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirib, bu cinayəti qətiyyətlə pisləyib, qətliama siyasi-hüquqi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. O vaxtdan 33 il keçməsinə baxmayaraq, mahiyyətinə və miqyasına görə 20-ci əsrdə törədilmiş ən amansız cinayətlərdən olan 20 Yanvar faciəsinə beynəlxalq səviyyədə hüquqi qiymətin verilməməsi də təəssüf hissi ilə vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB