“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” - FOTOLAR
18 yanvar 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda rayon gənclərin iştirakı ilə dəyirmi masa təşkil olundu. SİA xəbər verir ki, tədbir müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov açaraq bu faciənin xalqımızın azadlıq ideyalarını boğmaq, müstəqillik meyillərini qırmaq məqsədi daşıdığını, 20 Yanvar Faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini hətta bundan sonra xalqımızın mübarizə əzmini daha da alovlandığını qeyd etdi. Həmçinin xalqla yanaşı, Ulu Öndər Heydər Əliyevin mərdliyi və siyasi iradəsindən danışan Əfsanə Quliyeva Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər sayəsində ilk siyasi-hüquqi qiyməti verildiyini, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini, ifşaedici və cəsarətli bir bəyanat verdiyindi də öz çıxışında bildirdi.
Daha sonra dəyirmi masa ətrafında çıxışları davam etdirən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva , Şəhid atası Aqil Haqverdiyev, fəal YAP üzvü,, icra hakimiyyətinin əməkdaşı Nərminə Süleymanova 20 Yanvar faciəsinin tarximizə qanlı və şanlı bir səhifə kimi yazıldığını, bu tarixin yeni müstəqillik tariximizin başlangıc nöqtəsi olduğunu, xalqımızın iradəsi, dözümü, birliyi nəticəsində müstəqillik əldə etdiyimizi, Ulu Öndərin siyasi tariximizdə göstərdiyi xidmətlərindən, xalqımıza qarşı həyata keçirilən faciə və soyqrımlara siyasi və hüquq qiymət verilməsində atdığı böyük addımlardan, bu gün Ulu Öndər siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin dəmir yumruq siyasətindən və ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən geniş şəkildə danışdılar.
Xaricdə təhsil almış Ziya Əkbərli, Asim Rüstəm, Emil Cəfərov 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə xaricdə yaşayan həmyerlilərimiz tərəfindən həyata keçirilən tədbirlərdən, Azərbaycan diasporunun təşkilatlanması, birliyi və aktivləşdirilməsi istiqamətində ciddi işlər görülməsindən danışdılar.Həmçinin bildirildi ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşdirilməsinin əsasını qoydu. Ulu öndərin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi. Bu vahid bir dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan ölkəsinin yaranmasında ən böyük rola malik olan azərbaycançılıq ideologiyası idi.
Tədbirdə çıxış edən Salakətin kənd tam orta məktəbinin şagirdi Yusif Balakişiyev, Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndəsi Aydan Aslanzadə isə faciənin təbliğində gənclərin rolu , həmçinin vətənpərvər ruhda müasir gənc nəslin yetişməsində Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin müstəsna fəaliyyətləri barədə ətraflı məlumat verdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



