Azərbaycanda son illər ictimai həyatın bütün sahələrini əhatə edən sistemli, irimiqyaslı islahatlar ardıcıl olaraq həyata keçirilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və bu gün prezident cənab İlham Əliyevin dövrün tələblərinə uyğun olaraq davam etdirdiyi uğurlu siyasi kurs ölkənin ictimai-siyasi həyatının müxtəlif sahələrində ciddi dəyişiklikləri formalaşdırmışdır. Bütün sahələrdə olduğu kimi, qanunvericilik sahəsi də müasir dövrün tələblərinə uyğunlaşdırılır. Məlum olduğu kimi, Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi. Beləliklə, Azərbaycanda siyasi partiyaların fəaliyyətini tənzimləyən, siyasi partiyaların münasibətlərini yeni müstəviyə daşıyan müasir çağırışlara cavab verən hüquqi normativ aktın bazası daha da təkmilləşdirildi.
“Siyasi partiyalar haqqında” qanun yeni dövrə uyğunlaşdırılmaqla yanaşı, həm də bir çox parametrləri ilə mütərəqqi xarakter daşıyır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbidir və Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, siyasi proseslərin düzgün tənzimlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Əvvəla, bu qanunun hazırlanmasında beynəlxalq təcrübədən istifadə edilmiş, müvafiq beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmışdır. Digər tərəfdən isə zamanın tələbi olaraq, dünyada cərəyan edən proseslərin konteksində ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən müvafiq addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını zəruri edirdi. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər. Məlumdur ki, artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl 1992-ci ildə qəbul edilmişdir. Lakin bu illər ərzində ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan siyasi partiya nümayəndələrinin müraciəti də zərurətdən doğan addım idi.
“Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunması ölkəmizdə sağlam siyasi mühütin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsində əhəmiyyətli rol oynamaqla yanaşı, eyni zamanda, ölkəmizdə dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB