Bəxtiyar Mustafayev YAP Mingəçevir təşkilatının kollektivinə təqdim olunub - FOTOLAR

Bəxtiyar Mustafayev YAP Mingəçevir təşkilatının kollektivinə təqdim olunub - FOTOLAR

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı və Mərkəzi Aparatın rəhbəri, Partiyanın Sədr müavini Tahir Budaqovun əmri ilə təsdiq olunmuş Bəxtiyar Mustafa oğlu Mustafayev YAP Mingəçevir şəhər təşkilatının sədri təyin edilməsi ilə bağlı 05 yanvar 2023-cü il tarixində YAP Mingəçevir şəhər təşkilatının akt zalında Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, ərazi partiya təşkilat sədrləri və partiya fəallarının iştrakı ilə onlayn formada təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev təqdimat mərasimini açıq elan edərək YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafa oğlu Mustafayev haqqında ətraflı məlumat verərək və fəaliyyətinə uğurlar arzulayıb.

Sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək Bəxtiyar Mustafayevin təyinatı ilə bağlı öz fikirlərini bildirib və gələcək fəaliyyətinə uğurlar arzulayıb. Hər zaman YAP şəhər təşkilatı və şəhər İcra Hakimiyyəti ilə birgə tədbirlərin təşkil edildiyini və bundan sonra daha sıx iş birliyinin davam etdiriləcəyini vurğulayıb. Bəxtiyar Mustafayev çıxış edərək Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı, möhtərəm cənab Prezident İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə və Mərkəzi Aparatının rəhbərliyinə öz dərin təşəkkürünü bildirərək bundan sonra da etimadı doğruldacağını bildirib.

Daha sonra 2014-2019 cu illərdə YAP Qadınlar şurasının sədri və İdarə Heyətinin üzvü Nurcamal Əsgərova, uzun illər partiya aktivi və əvvəlki illərdə Şura üzvü olan Mirzə Cavadov, Şəhər Veteranlar Şurasının sədr müavini Rizvan Mikayıllı, Şəhid Ailələri Müdafiə Cəmiyyətinin şəhər şöbəsinin sədri İranə Həsənova öz urək sözlərini bildirərək Bəxtiyar Mustafayevi təbrik edərək yeni işində uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə