"Məsuliyyət daha çox Ermənistanın üzərindədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Ermənistanla Azərbaycan arasında olan sülh müqaviləsi məsələsi cəmiyyəti çox düşündürür. Biz Azərbaycan xalqı olaraq istəyirik ki, bölgəyə sülh gəlsin və Ermənistanla sülh müqaviləsi imzalansın. Bunun üçün Azərbaycan gərəkən bütün addımları atıb və bu gün də atır. Prezident İlham Əliyev bu istiqamətdə çox ciddi işlər görür və ardıcıl siyasət həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, burada artıq məsuliyyət daha çox Ermənistanın üzərindədir: “Ermənistan bu prosesə hazır olmalıdır. Amma bu gün görürük ki, Ermənistan daha çox müharibədən, döyüşdən və silahdan danışır. Bu qəbuledilməzdir”.
Deputat sözlərinə belə davam edib: “Düşünürəm ki, bu il razılaşmaya nail olaq. Azərbaycan şərt və təkliflərini irəli sürüb. Ermənistan çalışmalıdır ki, bundan nəticə çıxarsın və Azərbaycanın təkliflərini yerinə yetirsin. Biz ümid edək ki, ermənilər ağıllanacaqlar. Yoxsa vəziyyət onlar üçün ağır olacaq. Biz Ermənistan tərəfdən real addımlar gözləyirik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB