Ermənistanın qarşısındakı üç yol: SÜLH, PARÇALANMA VƏ SÜQUT – TƏHLİL
Rəsmi İrəvan öz siyasəti ilə sanki Moskvanı ələ saldığını düşünür. Rusiya ilə danışıqlarda Paşinyan və onun hakimiyyəti sarkazmları az qala ənənə halına çevirmək niyyətindədir və bundan sonrakı münasibətlərini bu şəkildə qurmaq arzusundadır. Bu isə təkcə Kremlin deyil, bütün dünyanın diqqətindən yayınmır və bəllidir ki, həmin tərzi Ermənistana baha başa gələcək.
Bildiyimiz kimi, Ermənistanın xarici işlər naziri Mirzoyan üç ölkənin XİN rəhbərlərinin görüşünə saymazlıq, daha dəqiq desək, siyasi tərbiyəsizlik etdi və həmin görüşə qatılmadı. Elə bu səbəbdən də Rusiya xarici işlər naziri Sergey Lavrovun tənqidinə tuş gəldi. Rusiya XİN rəhbəri açıq-aşkar bildirdi ki, Ermənistan bu müstəvidə də uduzdu. Bu tənqiddən Ermənistan hakimiyyəti nəticə çıxarmaq əvəzinə, Mirzoyanın siyasi tərbiyəsizliyindən Paşinyan deyəsən “ruhlanmış” oldu və bu dəfə erməni baş nazir Rusiya prezidenti Vladimir Putinin üzünə bozardı. “Belə çıxır ki, bölgədə sülhməramlıların fəaliyyəti yoxdur“, deyən Vovayeviç şəxsən Putinə qarşı həddini aşdı və bu hədsizliyi ilə Laçın yolunda ekoaktivistlərin aksiyasını dağıda bilmədiyini Rusiya prezidentinə ehyam vurdu və buna görə utanmadığını da göstərdi. Təbii ki, Putin onun vurduğu bu ehyamın əvəzinə nə vuracağını özü yaxşı bilir, amma hər bir halda Ermənistan rəhbəri öz hədsizliyini nümayiş etdirdi. Məsəl var ki, deyirlər, qudurmuş it öz sahibinə hürmək üçün özündə cəsarət tapmaqdan ötrü ilk növbədə ona cəsarət verənlərə arxayın olur. İndi də ruslara qarşı, onlara onilliklər boyu yiyə duran sahiblərinə qarşı ermənilərin bu tərzi hansısa qüvvələrin dəstəyinə arxayınlıq sayəsində peyda olub, əks halda bunu ən azından gizlədərdilər. Bunu Putin yaxşı başa düşür, hətta rusların əksəriyyəti də bilirlər ki, ermənilərə dil verən Fransa kimi bacıları, dünyanın ermənipərəst qüvvələridir. Amma, məsələ burasındadır ki, ermənilərə dil verənlər 44 günlük müharibə zamanı onlara silah, sursat, döyüş ləvazımatları vermədilərsə, indiki vəziyyətdə də ümid verənlər sonra çətin durumlarında heç nə verməyəcəklər. Yenə də Ermənistan və erməni xalqı yanlış addımlarının, səhv, terrorçuluq siyasətinin cəzasını, ən azından əziyyətini özü çəkməli olacaq. Görünür, 44 günlük müharibənin acısı ilə yaşayan ermənilər, şəxsən təslimiyyət, Kapitulyasiya sənədini imzalayan Paşinyan üçün dərs olmayıbmış və belə məlum olur ki, yenidən dərs almasına ehtiyac duyulur. Bu dərsi isə Azərbaycanla yanaşı, Rusiyanın da İrəvana verəcəyi artıq görünür.
İrəvanın qəribə, uyğunsuz davranışı ilə bağlı Sergey Lavrov öz fikirlərini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə açıq-aşkar səsləndirilib. Sözsüz ki, planlaşdırılan üçtərəfli görüş məhz İrəvanın konstruktiv dialoq aparmaq istəməməsi, saymazlığı, bir də qeyri-etik yanaşması səbəbindən ikitərəfli oldu və buna görə də Moskvanın qıcıq dolu reaksiyası ilə qarşılaşdı. Lavrov açıq şəkildə bildirdi ki, Rusiya Federasiyası danışıqlarda iştirak etməməyi İrəvanın ciddi səhvi hesab edir. Üstəlik, Lavrovun sözlərinə görə, Ermənistan bunu həm siyasi gediş kimi, həm də diplomatik etiket nöqteyi-nəzərindən, açıq-aşkar gözardı edib. “Mən öz hörmətli həmkarım Sergey Lavrovun təəccüblənməsinə görə də təəccüb hissi keçirdiyimi bildirirəm”, deyə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azadlıq” radiosuna müsahibəsində bildirib və bununla da bəlli olur ki, İrəvan dərs almaq niyyətində deyil, əksinə, açıq-aşkar şəkildə vəziyyəti gərginləşdirməyə xidmət edən fəaliyyətə başlayıb. Hətta, tərəflərdən biri hər dəfə əvvəlcədən razılaşdırılmış danışıqlarda iştirakdan imtina edəcəyi təqdirdə tərəflər arasında insidentlərin davam edəcəyi barədə Lavrovun bəyanatını dəyərləndirməyi xahiş etdikdə, Ermənistanın XİN rəhbəri kobud şəkildə bildirib ki, İrəvan görüşün təxirə salınmasının səbəbini və zəruriliyini aydın şəkildə göstərib.
Son zamanlar Rusiya ilə Ermənistan arasında danışıqlar bu zamana qədərki dialoq formatına qətiyyən bənzəmir. İtin öz sahibinə hürməsi, hətta dişlərini qıcaması başına bəlalar gətirdiyi kimi, ermənilərin ruslara qarşı belə davranışları politoloqlar tərəfindən “intihara” meyilli davranış olaraq qiymətləndirilir. Düzdür, heç bir kömək olmadıqda, ehtiyacları qarşılanmadıqda, iyanələr, yardımlar edilməyəndə, ermənilər, ələlxüsus zəifləməkdə olan “sahiblərinə” qarşı nankorluq etməyə alışqandırlar. Nankorluq ən dəyişməz erməni ənənəsi hesab olunur, amma bu zamana qədər mövcudluqlarına görə hər zaman özlərini borclu hesab edəcəkləri halda erməni baş nazirin Rusiya prezidentinə ehyam vurması, Qarabağdakı rus sülhməramlıları ilə bağlı dalbadal iradlar bildirməsi nankorluğu da aşıb keçmiş oldu. “Onlar (yəni rus sülhməramlıları) öz vəzifələrini yerinə yetirsinlər”, deyə Putinə irad bildirən Paşinyan bəlkə elə zənn edir ki, Moskva buna sonsuza qədər dözəcək? Bəlkə, Paşinyanın və Mirzoyanın qeyri-etik siyasi davranışlarına dişlərini qıcayaraq hələ də dözən Vladimir Putin həmişə belə dözüm nümayiş etdirəcək? Etdirməyəcək və bir gün səbr kəsası daşdığı zaman Rusiya prezidenti başda elə erməni baş naziri olmaqla, ermənilərə əbədi olaraq yaddaşlarına həkk olunası dərsi vermiş olacaq.
Artıq rəsmi İrəvanın yanlış siyasəti, yanlış addımları barədə bir-birinin ardınca diplomatların, politoloqların, siyasətçilərin əksəriyyəti açıq-aşkar şəkildə bildirirlər. Hətta, erməni əsilli politoloqlar belə tam aydın mətnlə bildirirlər ki, Ermənistan tərəfi yanlışlıqlara yol verir. Məsələn, Rusiyada diplomatik müstəvidə müşahidə edilənləri, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Rusiya və Azərbaycandan olan həmkarları ilə Moskvada görüşməkdən imtina etməsini nəzərdə tutan erməni əsilli politoloq Aleksandr İskəndəryan “Novosti Armeniya”nın müxbirinə müsahibəsində bildirib ki, diplomatların bir-birindən narazılıqlarını açıq şəkildə ifadə etməsi ciddi böhranın göstəricisidir. Ümumiyyətlə, əksər siyasətçilər, politoloqlar hesab edirlər ki, Rusiya-Ermənistan münasibətlərinin hazırda çox gərgin formatda olması ermənilər üçün yaxşı heç nə vəd etmir. Məsələn, siyasi elmlər doktoru, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, rusiyalı politoloq Tatyana Poloskovanın fikrincə, Mirzoyanın Lavrovla bağlı açıqlamaları heç də diplomatik dilə, lüğətə, tərzə uyğun deyil. “Bəzi eyhamlar çox kobud üslubda idi, mətndə də nədən bəhs edildiyi aydın deyildi. Əgər baş erməni diplomat rusiyalı həmkarına sataşmaq istəsəyirdisə, bunu təklikdə edə bilərdi. Ermənistan bazarına məxsus bu atmacalar nəyə lazım idi?”, deyə rusiyalı politoloq Tatyana Poloskova qeyd edib və nəzərə çatdırıb ki, diplomatiya haqqında çox kobud təsəvvürü olan Mirzoyanı qınamağa belə dəymir.
Bəli, etiraf etmək lazımdır ki, Rusiya hazırda öz tarixinin bəlkə də ən problemli dövrlərindən birini yaşayır. Bu ölkənin daxilində də təlatümlü vəziyyət hökm sürür. Amma bir atalar sözündə, zərb məsəldə deyildiyi kimi, “Dəvə ölü olsa da dərisi belə beş eşşəyə yükdür”. Yəni, Rusiya nə qədər təlatümlü dövrdə olsa da, nə qədər zəifləsə də belə Ermənistan kimi çox cılız bir ölkəni bir anda susdura bilər. Hələ də ruslar ermənilərin hədsizliyinə dözüm nümayiş etdirir, amma bu dözümün də bir həddi, bir sonu var və bu zaman Ermənistanı nələr gözlədiyini təsəvvür etmək çətin deyil.
Bu vaxta qədər ermənilərə onlara sığınacaq verən Azərbaycan ərazisində Ermənistan adlı bir dövlət yaratmaq şansı verildi. Məhz ruslar onlara ötən əsrin əvvəllərində belə bir şansı yaratdılar, sona qədər də dəstək verdilər. Onların bir də belə bir şansı olmayacaq, ola da bilməz. Ermənilərin nəinki şansı olmayacaq, onlar öz şanslarını artıq əldən də vermək üzrədirlər. Nə xəyanət etdikləri Rusiya bundan sonra Ermənistanın nazı ilə oynamaq fikrindədir, nə də Azərbaycan buna imkan verən deyil. Hədsizliyi aşıb-daşan hay həyasızlığı elə səviyyəyə çatıb ki, onlar bölgədə ikinci erməni dövləti xülyasına düşüblər. Amma bu hədsizlikləri onları zəif də olsa, cılız da olsa, mövcud olan Ermənistan dövlətindən də məhrum edə bilər. Bu məhrumiyyəti onlar öz əməlləri özlərinə rəva bilirlər.
Rəsmi İrəvan hiyləgər siyasət yürüdür. Gah Qərbə, gah da Rusiyaya meyilli olduğunu göstərir. Bu da bir reallıqdır ki, rəsmi İrəvan ABŞ-la, bu ölkənin xüsusi xidmət orqanları ilə əlaqəni heç vaxt dayandırmayıb. Rusiyanı müttəfiq adlandıran Ermənistan bu ölkəyə rəqib ölkələrlə xəlvəti əlaqələr qurub və rusların əleyhinə mövqe nümayiş etdirib. Artıq ruslar özləri də bunu bildiklərini etiraf edirlər və bəyan edirlər ki, yaxın vaxtlarda Ermənistan öz dəqiq seçimini etməsə, bu ölkənin gələcəyi olmayacaq. Daha dəqiq desək, ruslar açıq-aydın bildirirlər ki, ermənilərə bir zərrə də köməklik göstərilməyəcək, heç nəzər də salınmayacaq. Bu isə həqiqətən işğalçı ölkənin bir növ məhvi deməkdir.
Həqiqətən də işğalçılığı dövlət siyasəti olaraq qəbul edən Ermənistanın bir neçə, daha dəqiq desək, üç yolu var. Birinci yol odur ki, ya Ermənistan Azərbaycanla tam dialoqa girərək, sülh müqaviləsi imzalayaraq, sülh yolu ilə mövcud olmağa davam edəcək, hansıki bunu arzuladığı hiss olunmur. İkinci yolu odur ki, bir ölkə kimi mövcudluğu təhlükə altında olan Ermənistan daxili qüvvələrin fikir müxtəlifliyi, bir məxrəcə gələ bilməmələri, bölgədə sülhə mane olmaları, iğtişaşlar yaratmaları səbəbindən öz içindən parçalanacaq. Əslində bu prosesin başladığı da göz önündədir və işğalçı bir ölkənin daxilində iki, üç deyil, daha çox fikir ayrılıqlarının olduğu hər kəsə bəllidir. Bu isə prosesin daha sürətlə getməsinə əsaslı zəmin yaradır. Üçüncü yol isə odur ki, ermənilər hazırda məskunlaşdıqları torpaqlarla da vidalaşa bilərlər, eyni ilə 30 il məskunlaşdıqları Qarabağ əraziləri kimi. Azərbaycan tərəfi bu yaxınlarda açıq mətnlə bəyan etdi ki, İrəvan Azərbaycan torpağıdır. Deməli, həmin ərazilərin də eyni ilə Qarabağ əraziləri kimi qaytarılması da gözləniləndir və biz hamımız daha çox buna inanırıq. Biz 30 il müddətində inanırdıq ki, Qarabağ əraziləri Azərbaycana qaytarılacaq və Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, siyasi iradəsi, Azərbaycan Odusunun rəşadəti, xaqımızın birliyi sayəsində qaytarıldı da. İndi həmin siyasi iradə də, qətiyyət də, uzaqgörənlik də, rəşadət də, birlik də öz yerindədir və daha da artıqdırsa, deməli, İrəvan torpaqlarının qaytarılması da uzaqda deyil. Deməli, Ermənistan adlı dövlətin tarixdən silinmək məsələsi də, süqutu da var və bu gedişlə ermənilər, ələlxüsus Ermənistan hakimiyyəti həmin prosesi daha da sürətləndirir. Heç şübhəsiz ki, Azərbaycanın da səbri hüdudsüz deyil, Qarabağın geri qaytarılmasına başlanıldığı kimi, İrəvanın da Azərbaycan geri qaytarılması prosesi başlayan zaman Rusiyanın, Fransanın, yaxud da İranın, Amerikanın timsalında güvəndikləri hansısa ölkə onları, ölkələrini eyni ilə 44 günlük müharibədə olduğu kimi, xilas etməyəcək, çünki İrəvan heç kim üçün əvəzsiz, matah tikə deyil və maraq dairəsindən tamamilə kənardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB