Bu gün milli həmrəylik haqqında düşüncələrimiz cəmiyyətin fəlsəfi, siyasi və ideoloji sistemində çox mühüm bir istiqaməti əhatə edir. Təkcə ona görə yox ki, o xalqımizin malik olduğu potensialının mütərəqqi milli ideologiya ilə tarixi vəhdətini yaradıb. Həm də ona görə ki, hər iki mühüm elementin ümummilli maraqlara xidmət etməsi ilə xalqın qalibiyyəti özünü təsdiq edib. XX əsrin 90-cı illərindəki tarixi zərurət Azərbaycanın müstəqilliyinin dayanıqlı olmasının və qorunub saxlanmasının ən mühüm amil idi. Bu zaman siyasi liderin iradəsinə çox böyük ehtiyac vardır. Məlumdur ki, xalqımızın həmrəylik istəyi 1989-cu ildə Naxcıvan MR ilə İran İslam Respublikası arasında mövcud sərhədlərin dağıdılması və xalqımızı bir-birindən ayrı salan sədlərin sındırılması ilə özünü biruzə verdi. Bu Azərbaycan xalqının öz bütövlüyü uğrunda milli iradəsindən və həmrəylik arzusundan doğan daxili tələbatının ifadəsi idi.
Xalqımızın bir xoşbəxtliyi ondadır ki, bu mərhələdə siyasi liderin iradəsi xalqın milli ruhunun mümkün tarixi şəraiti düzgün qiymətləndirməsi ilə bir arada birləşdirildi. Bu Ulu Öndər Heydər Əliyev dühasının, zəkasının təzahürü idi. 1991-ci il 16 dekabrda Ulu Öndər Heydər Əliyev Naxcıvan MR Ali Məclisinin sədri olarkən verdiyi Sərəncamla “31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü”nün tariximizə daxil edilməsi Azərbaycan xalqının malik olduğu potensialını vahid amal uğrunda birləşdirmək üçün tarixi şəraitdən düzgün istifadəni təmin etdi, xalqımızın uğurlu gələcəyinin bu amillə bağlılığının şüurlarda dərki üçün yeni mərhələyə yol açdı. Xalqın həmrəylik istəyinə müdrik siyasi xadimin yetişən tarixi şəraitdə verdiyi qiymət və atdığı tarixi addım göstərdi ki, dünya azərbaycanlılarının mütəşəkkil birliyi xalqının himayədarı olan lideri ilə vəhdətdə mümkündür. Azərbaycanı qüdrətli dövlətçiliyə aparan strategiyanın yeni rüşeymləri də buradan qaynaqlanırdı. Milli Həmrəyliklə milli ideologiya tarixi təcəssümü də bu müdrik iradənin fonunda özünü tapdı. Deməli, xalqın tarixi yaddaşını və gələcəyini həmrəyliyin və ideologiyanın dərki prosesindən kənarda təsəvvür etmək mümkün deyil.
Biz son otuz ilin həmrəylik fəlsəfəsinin hədəflərinin milli inkişaf naminə tam qələbəsini də bu siyasi uzaqgörənliyin fonunda görürük. İndi həmrəylik fəlsəfəsinin yaratdığı xalq-lider, xalq-qüdrətli ordu, tarixi yaddaş və gələcək, milli ideologiya və milli mənafe kimi zəruri anlayışların qüdrətli dövlətciliyimizdə uğurlu praktiki nəticələrə səbəb olduğu açıq həqiqətlərdir. Azərbaycanın Vətən Müharibəsindəki hərbi siyasi uğurları həm də onu göstərdi ki, Vətən anlayışı xalqın milli həmrəyliyə nə dərəcədə nail olması ilə müqəddəsləşir. O xalqı bütövləşdirən dəyərlərin, ümummilli gücü təsdiq edən siyasi liderin iradəsi ilə möhtəşəmdir, sarsılmazdır. Prezident İlham Əliyevin qüdrətli dövlətcilik fəlsəfəsinin kökündə dayanan bu amil dünya azərbaycanlılarının Vətənçilik idealını formalaşdırıb. Yeni reallıqlarda dünyada sülh ücün nümunə yaradıb.
Odur ki, bu gün dünyanın bütün qitələrində yaşayan 50 milyondan çox həmvətənlərimizin bütövlük, birlik, həmrəylik bayramına çevrilən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ideoloji, siyasi, mənəvi baxımdan xalqımızın vahid amal uğrunda birliyinin simvoluna çevrilib. Qalibiyyət və Zəfərin avanqardı kimi əməli fəaliyyətlə təsdiqini tapıb.
Sənan Həsənov
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB