“Əli Kərimli yalançı və hiyləgərdir, həm də qatı diktatordur ” - Aydın Əliyev

“Əli Kərimli yalançı və hiyləgərdir, həm də qatı diktatordur ” - Aydın Əliyev

“Nəsimi rayon məhkəsməsinin hakimi Rəşid Səmədovun sədrliyi ilə keçirilən prosesdə iddiam təmin olundu. AXCP sədri Əli Kərimli partiyada sərt diktatura rejimi qurub. Onun antidemokratik hərəkətlərinə etiraz edənləri müxtəlif üsullardan istifadə etməklə partiyadan uzaqlaşdırır. Əli Kərimli qatı diktatordur. O cəbhəçiləri aldadır, xalqımıza və dövlətimizə qarşı xəyanət edir”. Bu fikirləri SİA-ya açıqlamasında məhkəmənin qərarı ilə AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunan Aydın Əliyev deyib.

A.Əliyev bildirib ki, məhkəmənin qərarı ilə AXCP üzvlüyünə bərpa olunsa da, NTK-nın sədrliyinə bərpa olunması yubanır: “Ə.Kərimli müxtəlif bəhanələrlə mənim Nəzarət-Təftiş Komissiyasının sədrliyinə bərpa olunmağıma əngəllər yaradır. O, yalançı və hiyləgərdir, həm də qatı diktatordur, AXCP-yə özünün şəxsi ofisi kimi baxır. Mənim şikayətim əsasında Nəsimi rayon probasiya və icra şöbəsi Ə.Kərimlini şöbəyə dəvət etdi. O, üzərinə öhdəlik götürdü və öhdəlik məktubunu imzaladı. Lakin yenə də, problemlər yaradır. AXCP-nin nizamnaməsinə görə, həftədə bir dəfə Nəzarət-Təftiş Komissiyasının iclası keçirilməlidir. Lakin Ə.Kərimlinin tapşırığı əsasında iclaslar keçirilmir. Bununla da mənim məhkəmənin qərarı ilə NTK-nın sədrliyinə bərpa olunmağım əngəllənir”.

A.Əliyev onu da bildirdi ki, Ə.Kərimlinin nizamnamə pozuntusu törətməsi ilə bağlı yenidən məhkəməyə müraciət edib: “Məhkəmə olacaq. Mən Ə.Kərimlinin diktator olduğunu növbəti dəfə sübut edəcəm. Hər bir cəbhəçiyə də məsləhət görərdim ki, ehtiyatlı olsunlar, Ə.Kərimli qorxulu diktatordur, hər kəsi ləkələyə bilər”.

İLHAM

Bütün xəbərlər Facebook səhifəmizdə