Başıəmmaməlilərin hərbi xuntaçısı yenidən və dolayı vasitələrlə məhz Azərbaycana tərəf eyham vurub
Görünür, Tehran rejimi hələ də dinc dayanmaq fikrində deyil və yenidən öz bəlli maraqlarını realizə etmək məqsədi ilə əsassız ittihamlarını bu və ya digər şəkildə, yaxud dolayısı ilə Azərbaycan tərəfə yönəltməyə cəhdlər göstərir. Məsələn, bu günlərdə İran silahlı qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqeri deyib: "Biz ölkəmizə və mənafeyimizə qarşı hər bir təcavüzə qətiyyətlə cavab verəcəyik. Bu məsələdə heç bir tərəddüdümüz yoxdur. Həm gücümüz var, həm də iradəmiz. Bundan əlavə, hər hansı ölkənin "mənim xəbərim yoxdur və ya icazə verməmişəm ya vermişəm" deməsindən asılı olmayaraq, İslam respublikasına hücumun həyata keçirildiyi başlanğıc yeri olarsa, həmin başlanğıc yer də İranın ağır və dağıdıcı hücumuna məruz qalacaq!"

Söz yox ki, başıəmmaməlilərin hərbi xuntaçısı dolayı vasitələrlə məhz Azərbaycana tərəf eyham vurur, ən əsası isə rəsmi Bakının beynəlxalq müstəvidə müstəqil və qətiyyətli siyasətinə qarşı lüzumsuz, təxribatçı fikirlərini önə sürməsi ilə ölkəmizin dost və strateji partnyoru olan İsrail dövləti ilə münasibətlərindən “qaşınmaya” məruz qaldığını nümayiş etdirir.
Tehranda oturan və tez-tez hədələyici bəyanatlar verən mollakratiya rejiminin başbilənlərinin davranışları hələ də anlaşılmır
Halbuki, Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, ümumiyyətlə, dünyada sülh çağırışçısı olaraq bu gün də öz sözünü deməkdədir. O cümlədən, Azərbaycan öz qonşuları ilə də eyni siyasətini inkişaf etdirmək marağında olduğunu ən ali səviyyədə və dəfələrlə (!) bəyan edib.

Və əgər bu faktlar varsa, mövcuddursa, Tehranda oturan və tez-tez hədələyici bəyanatlar verən mollakratiya rejiminin başbilənlərinin davranışları hələ də anlaşılmır. Məgər öz torpaqlarını işğaldan azad etmək, bərpa etmək iranlı teokratçılıq rejimini niyə bu qədər narahat edir? Bundan yetişdirdiyi narkotiklərini bir daha Azərbaycanın ərazisindən tranzit olaraq keçirə bilməyəcəyinə görəmi? Qarabağda narkotik plantasiyaları əkib-becə bilməyəcəyinə görəmi? Nəyə görə?!
Digər tərəfdən, Bakı Tehrana məscidləri, dini ibadətgahları, müsəlman qəbirlərini, pir və ocaqlarını məhv edən, təhqirlərə məruz qoyan Ermənistanla isti, qardaşlıq münasibətlərini nəyə görə həddən ziyadə şəkildə inkişaf etdirməsi ilə bağlı haqlı suallarını ünvanlayanda qarşı tərəf bunu özünün “müstəqil siyasəti” ilə əlaqələndirir (?!)
“Col.co.il” saytı: “İranlı təbliğatçılar Azərbaycanı “sionist quruluş” adlandırırlar və bunu televiziyalarında dövr etdirirlər, üstəlik iddia edirlər ki, Yerusəlimin (Qüdsün) ələ keçirilməsi Bakının üzərindən keçir”

Beləliklə, faktlar ortadadır və bu xüsusda daha bir maraqlı faktı qeyd edə bilərik. Misal üçün, dost İsrailin “Col.co.il” saytı (XABAD - Ümumdünya yəhudi hərəkatının qeyri-rəsmi ruporu) yazıb – SİTAT: “Təəccüblüdür ki, xristian Ermənistan İranın müttəfiqidir, Azərbaycan isə İsraillə münasibətlərini strateji partnyorluğa qədər inkişaf etdirir”.
Məqalədə xüsusi olaraq vurğulanır ki, inanclı və dindar yəhudi müvafiq geyimi ilə Azərbaycan küçələrində rahat qaydada gəzə bilirsə, Azərbaycanla düşmən olan ölkədə (yəni Ermənistanda) antisemit karikaturalar yayılır ki, onlar İranda da dərc edilirlər.
Daha bir maraqlı məqam. “İranlı təbliğatçılar Azərbaycanı “sionist quruluş” adlandırırlar və bunu televiziyalarında dövr etdirirlər, üstəlik iddia edirlər ki, Yerusəlimin (Qüdsün) ələ keçirilməsi Bakının üzərindən keçir”, deyə adıçəkilən İsrail saytı yazır. Yazır və əslində həqiqəti üzə çıxarır – müsəlmançılıq pərdəsi altında məlum məqsədli oyunlarını oynamağa cəhd edən İran əslində özünün kirli ideyalarını realizə etməkdən ötrü xristianlığın çoxsaylı konfensiyaları arasında özünü ayrıca kilsə (Qriqorian) elan edən Ermənistan adlı şarlatanla qardaşlaşır. Təkcə bu fakt özü-özlüyündə Tehran rejiminin reallıqda islama, müsəlmançılığa deyil, məhz və məhz Şeytana xidmət etdiyini kifayət qədər isbatlayır!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB