Sahibə Qafarova Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Sahibə Qafarova Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

"Milli Məclisin sədri Sahibə Qafarova cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib". SİA xəbər verir ki, o qeyd edib ki, İlham Əliyev Azərbaycanın müzəffər rəhbəridir.

Sahibə Qafarova sözlərinə belə davam edib: "Ölkəmizin xoşbəxt gələcəyi bu gün cənab İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq strategiyası ilə bağlıdır. Əminəm ki, bundan sonra cənab Prezident daha böyük uğurlara addım atacaq.

Təklif edirəm ki, cənab Prezidentə doğum günü münasibətilə Milli Məclis adından təbrik məktubu yollayaraq onun dəyərli fəaliyyətinə uğurlar arzulayaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə