Ulu Öndər yolunun davamçısı Azərbaycan Prezidentinin siyasi portreti ŞƏRH
Cənab İlham Əliyev Azərbaycanın Prezidenti , Azərbaycan xalqının iradəsinin ifadə edən dünya Azərbaycanlılarının lideridir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısıdır. Dahi Öndər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir.İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev peşəkar siyasətçidir. O, 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmiş , orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985), 1991-ci ildən Moskvada “Oriyent” şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının Baş Naziri (2003) vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycan qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.
Prezident İlham Əliyev müəllifi Ulu Öndər Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində , həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır.Onun neft-qaz yataqlarının birgə işləməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixracı neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır. İlham Əliyev həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) liseridir.İlham Əliyev YAP- ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayda isə (2001) birinci müavini seçilmişdir. 2000-ci ilin parlament seçkilərində YAP- ın seçki kompaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.
Cənab İlham Əliyev Milli Məclisin deputatı olduğu müddətdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyanın üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti, onun AŞPA –dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Avropa Şurasındakı fəaliyyəti, AŞPA- dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazandırmışdır. O, AŞPA- nın vitse spikeri və Büro üzvü seçilmişdir (2003, yanvar).İlham Əliyev 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunmuş və yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir.İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı, AŞPA-nın vitse spikeri və 2003-cü ildə Azərbaycan Respublikasının Baş Naziri təyin olunmuşdur. O, 2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.O, surətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə etmişdir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artmışdır.Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, 44 gün ərzində Ermənistan ordusu darmadağın edildi və”Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüşdür.Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Yaşasın xilaskar Ali Baş Komandanımız!
Yaşasın qalib xalqımız!
Telman İbadov
YAP Yasamal rayon təşkilatının “A.M.Şərifzadə küç.762 ( Ak.M.Ə.Mirqasımov adına RKX-sı Publik Hüquqi Şəxs) ünvanı üzrə partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB