Ermənistan BMT TŞ-in üzvü olan ölkələrin çağırışlarına əməl etməlidir- Azərbaycan səfiri

Ermənistan BMT TŞ-in üzvü olan ölkələrin çağırışlarına əməl etməlidir- Azərbaycan səfiri

“BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin, demək olar ki, bütün bəyanatlarında üçtərəfli bəyanat çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış olub”.

SİA xəbər verir ki, bunu Azərbaycanın Fransakı səfiri Leyla Abdullayeva "Twitter"də yazıb.

O bildirib ki, İrəvan Azərbaycan, Rusiya və Ermənistan liderləri arasından imzalanan üçtərəfli sənədi kobud şəkildə pozur.

“Ermənistan, nəhayət, BMT Təhlükəsizlik Şurasının üzvlərinin bu cür çağırışlarına əməl etməlidir”, - diplomat vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə