Artıq 10 gündür ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri, ictimaiyyət nümayəndələri, KİV-lərin və QHT-lərin əməkdaşları Şuşa -Laçın yolunda Rusiya sülhməramlı kontingentinin postu qarşısında dinc aksiya keçirməkdə davam edirlər. Sərt iqlim şəraitinə baxmayaraq bu vətənpərvər insanlar ermənilərin və onların havadarlıq etdiyi işbazların “Qızılbulaq” və “Dəmirçi” mədənlərində törətdikləri ekoloji terrora son qoymaq üçün gecə-gündüz haqlı tələblə çıxış edirlər.Etiraz iştirakçıları müxtəlif dillərdə yazılmış plakatlarda ekoloji terrora son qoyulması və Azərbaycanın qanuni torpaqlarında ekoloqların monitorinq keçirilməsinə şərait yaradılmasını tələb edirlər. Etiraz piketi dinc yolla,“Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikasının qanunun tələblərinə əməl etməklə həyata keçirilir. Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin, ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndələrinin Laçın-Şuşa-Xankəndi yolunun bağlanması və bununla da ərazidə yaşayan erməni icmasının təhlükəsizliyinə təhdid yaranması kimi qələmə versələr də, humanitar məqsədlərə xidmət edən avtonəqliyyat vasitələrinin yolu sərbəst keçməsinə heç bir maneçilik törədilmir. Aksiya iştirakçıları təkcə öz fikirlərini ifadə etmir, həm də Azərbaycan xalqının milli mənafeyini və haqlı tələblərini ortaya qoyurlar. Azərbaycanın təbii sərvətlərinin talanmasının, ekologiyayasına ciddi ziyan vurulmasına etiraz edən piketçilər 10 noyabr 2020-ci ildə bağlanan üçtərəfli bəyanatının şərtlərinə əməl edilməməsi faktlarla ortaya qoyurlar. Şuşa-Laçın yolu ilə təkcə hümanitar istiqamətli yüklər daşınmır, bu yolla həm də talan edilən sərvətlərimiz, həmçinin, Ermənistandan və İrandan ərazimizə gətirilən silah-sursat, hərbi texnika, mina, casusluq etmək və təxribatlar törətmək üçün terrorçular və separatçılar da gətirilir.
Beynəlxalq aləmin bu aksiyaya susqunluq nümayiş etdirməsi insanda hiddət hissi doğurur. Maraqlı paradoks ortaya çıxır: Avropa ölkələrində ölkəyə milyardlarla dollar mənfəət gətirəcək layihələrin icrasına 10-15 nəfər piketçi görülən işlərin ekologiyaya və təbiətin qorunmasına mənfi təsiri olduğunu bildirəkək etiraz etdikdə onların rəyi nəzərə alınır. Ancaq 10 gündür ki, şaxta və qarda gənclərin, qadın və qızların, hətta ahılların iştirak etdiyi bu etiraz aksiyasına heç bir reaksiya verilmir. Lakin bu etinasızlıq qeyrətli azərbaycan övladlarının iradəsini qıra bilməz. 30 il ərzində işğal altında qalan 20% torpaqlarımızı qəhrəman azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə azad edibsə, Azərbaycan xalqının etiraz səsi qarşısında ermənilər, onların havadarları və passiv seyrçi mövqeyi tutan, çox hallarda ermənipərəst mövqe nümayiş etdirən Rusiya sülhməramlılarının həqiqətə boyun əyəcəkləri heç kəsdə şübhə doğurmur.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB