Bu aksiyaların sonda müsbət nəticəsi olacaq -POLİTOLOQ ŞƏRH ETDİ
“Dinc etiraz aksiyaları davam edir və ekoaktivistlərin aksiyaları konkret olaraq Azərbaycan təbii ehtiyatlarının silahlı separatçılar tərəfindən daşınmasına etiraz nümayişidir. Dinc aksiyalar əlbəttə ki, yolu bağlayıb və biz təbii ehtiyatlarımızın qanunsuz daşınmasının qarşısını almışıq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrinin komandanı 8 gündür ki, etirazçıların tələblərini yerinə yetirmək üçün həmin əraziyə gəlmir, öz susqunluğunu nümayiş etdirir: “Düşünürəm ki, bu proses birbaşa Rusiya tərəfindən idarə olunur və onlar separatçıları müdafiə edir.
Hazırda proses şüarlar şəklində davam edir. Davam edən aksiyalarda hər şey qaydasındadır, normal şəkildə aparılır. Düşünürəm ki, bu aksiyaların sonda müsbət nəticəsi olacaq. Əhalinin də, buradakı aksiyalarda iştirak edənlərin də əhval-ruhiyyəsi yüksək səviyyədədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB