"Sülhməramlılar sülhün və sabitliyin qorunmasına xidmət etməlidirlər" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya sülhməramlılarının bugünkü fəaliyyəti o qədər də qənaətbəxş deyil və onlar birtərəf mövqe tutmalıdırlar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə sülhün və sabitliyin qorunmasına xidmət etməlidirlər: "Qeyri-qanunu fəaliyyət göstərən erməni birləşmələrinin ərazilərimizdən çıxarılmasında maraqlı olmalıdırlar. Bunu 10 noyabr bəyanatında Rusiya Prezidenti qəbul edib imzalayıb. Amma təəssüflər olsun ki, hələ də qeyri-qanuni erməni birləşmələri bu ərazilərdən çıxarılmayıb. Bu da rus sülhməramlılarının zəif mövqe nümayiş etdirməyindən irəli gəlir. Təbii ki, bunlar yolverilməzdir.

Xankəndində və bəzi ərazilərdə erməni adlarından istifadə olunması da düşünürəm ki, rus sülhməramlılarının zəif mövqe sərgiləməsindən qaynaqlanır. Rus sülhməramlılarının etdiyi bu rəftarlar ilk növbədə öz ölkələrinə olan hörmətsizlikdir. Üçtərəfli bəyannamədə göstərilən bəndlərə əməl edilməlidir. Əgər edilmirsə bu Rusiya prezidenti Vladimir Putinin mövqeyinə zidd olan hərəkətdir. Belə olan təqdirdə Azərbaycan öz gücünü göstərməlidir. Bu ərazilərə mütəmadi olaraq Azərbaycan KİVi-i səfər etməlidir. Həmçinin digər aidiyyatı üzrə qurumların səfərləri mütəmadi olaraq təşkil olunmalıdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə