"Şəki səfəri çox strateji bir səfərdir" - MİLLİ QHT FORUMUNUN PREZİDENTİ
"Ölkə Prezidentinin region səfərləri həmişə aktuallıq kəsb edir və çox böyük marağa səbəb olur. Səmimi deyim ki, Şəki-Oğuz səfəri çox xüsusi bir səfərdir. Xüsusilə Şəki səfərində keçirilən görüşlər, ziyarət olunan yeni abidələr, məscidlər, eyni zamanda əhali ilə səmimi ünsiyyət çox maraqlı idi". Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, aktuallığına görə indiyə qədər bir çox səfərlər olub və yeni müəssisələr açılıb: "Cənab Prezident də onların açılışında iştirak edib. Şəki səfəri çox strateji bir səfərdir.
Düşünürəm ki, bütün regionlarda yeni obyeklərin açılışı və müəyyən görüşlər baş tutur. Şəkidə ziyalılarla, əhali ilə və sənətkarla görüşün keçirilməsi, onların əməyinə qiymət verilməsi böyük qiymətləndirilməlidir. Mən, bu səfərləri təşkil edənlərə ictimaiyyət adından dərin təşəkkürümü bildirirəm.
İnanıram ki, belə region səfərlərinin sayı çox olacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB