"İranda Azərbaycana qarşı təxribat xarakterli məlumatlar verilir" - CEYHUN MƏMMƏDOV

"Bu günlərdə İran mediasında Azərbaycana qarşı təxribat addımları atılır". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, “Səhər” kanalı və digər radio qurumları Azərbaycana qarşı təxribat xarakterli məlumatlar verir: "Hətta son vaxtlar İran sosial şəbəkələrdə Azərbaycanda yaşayan müxtəlif xalqların adından istifadə edərək Azərbaycanda gərginlik yaratmaq istəyir. Həmin xalqların adından müxtəlif səhifələr yaradılaraq təxribat xarakterli videolar paylaşılır. Bu baxımdan “Səhər” kanalının peyk vasitəsilə yayımının qarşısının alınması imkanları ciddi nəzərdən keçirilməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə