Kremlin erməni təbliğatçıları postsovet ölkələrinə zəhər püskürürlər?

Bu günlərdə Solovyovun verlişində açıq-aydın bildirildi ki, Ukraynadan sonra Qazaxıstanda “baş qaldıran nasizmə” qarşı tədbirlər görmək lazımdır

Məlum olduğu kimi, Rusiya TV-lərinin danışan tutuquşuları rolunda çıxış edən kifayət qədər ermənilər mövcuddur. İstər 44 günlük İkinci Qarabağ müharibəsindən əvvəl, istərsə də sonrakı müddətlərdə, eləcə də hazırda “politoloq”, “ekspert”, “siyasi şərhçi” və daxil olduqları sair cildlər müqabilində sağa-sola zəhər püskürən həmin ermənilər bilavasitə Kremlin divarları arasından verilən əmr və tapşırıqlara canla-başla xidmət etməkdədirlər. Bütövlükdə regiona, eləcə də dünyada gedən proseslərin hər birinə sözün əsl mənasında burun dürtən Rusiya TV-lərinin erməni “başbilənləri” əllərinə düşən hər fürsətdə xüsusilə türk dünyasına aid olan ölkələri hədəfə alırlar. Eləcə də Türkiyənin siyasi-diplomatik uğurlarından tutmuş Azərbaycanın qətiyyətli addımları da daxil olmaqla reallıqda gerçək Rusiya şovinizminin üzünü ruslardan da artıq qabardan Marqarita Simonyan, Roman Babayan, Gevorq Mirzayan, Tiqran Keosayan, Vardan Baqdasaryan kimiləri artıq onları tanıyan insanlarda ikrah, nifrət və idbarlıq assosiasiyaları doğururlar.

2021-ci ilin 24 fevralına qədərki dövrdə Ukrayna ilə müharibəyə hazırıq prosesi də məhz həmin planlar əsasında davam etdirilirdi

Beləliklə, bu dəfə Kremlin tapşırığı əsasında Qazaxıstan hədəfə alınıb və həmin siyasi tulalar sürüsü bir ağızdan bu türkdilli dövlətin üzərinə hürməyə başlayıblar. Əslində həmin cəhdlər çoxdan mövcuddur. Lakin bu günlərdə Solovyovun verlişində açıq-aydın bildirildi ki, Ukraynadan sonra Qazaxıstanda “baş qaldıran nasizmə” qarşı tədbirlər görmək lazımdır (?!)

Bütövlükə isə Kremlin yaxın xariclə bağlı siyasətində yer alan “ideoloq-teoretiklər”, “təbliğatçılar” “Rossiya 24”, “Russiya Today”, NTV” və s. telekanalları su yoluna döndəriblər. Açığını desək onlar “imperiya gündəminin” formalaşması yönündə dəridən-qabıqdan çıxaraq məhz ilk “ideyaları” ortaya atır, sonradan həmin “ideyalar” gündəmin əsas mövzularına çevrilir.

Məsələn, 2021-ci ilin 24 fevralına qədərki dövrdə Ukrayna ilə müharibəyə hazırıq prosesi də məhz həmin planlar əsasında davam etdirilirdi. Məhz bu kontekstdə aqressiv çıxışlar bu dəfə Qazaxıstana tərəf yönəlib. Buna isə kifayət qədər misal göstərmək olar:

*Hələ 2020-ci ilin 20 dekabrında (vəzifəsinə diqqət!) Rusiya Federasiyası yanında Maliyyə universitetinin politologiya departamentinin dosenti Gevorq Mirzayan rusiyayönümlü “ukraina.ru” saytına verdiyi müsahibəsində deyib ki, Moskva qonşularına onların real tarixlərini unutmağa imkan verməməlidir. SİTAT: “...Ona görə ki, postsovet məkanının ölkələri onlar üçün Rusiyanın nə olduğunu və nə olacağını yaddan çıxarmasınlar”.

*2021-ci ilin 20 yanvar tarixində isə (vəzifəyə diqqət!) Rusiya Federasiyasının Ali məktəbinin əməkdar işçisi, Moskva Dövlət Universitetinin dövlət siyasəti kafedrasının professoru Vardan Baqdasaryan “Belarusinfo”nun TouTube kanalının efirində Qazaxıstanın Şimalında, Donbasda, Qarabağda ya müstəqillik almaq, ya da Rusiya Federasiyasına birləşmək üçün referendumların keçirilməsi ilə bağlı sərsəm ideya ilə çıxış edib. O, həmin müsahibəsində bildirib ki, hələ SSRİ-nin süqutu zamanı Qazaxıstanın əsasən ruslardan ibarət olan şimal rayonlarının sakinləri ayrıca şəkildə və respublikanın rəhbərliyindən asılı olmayaraq referendum səsverməsi keçirməklə iki seçimdən birini etməliydilər – ya Qazaxıstanın tərkibində qalmaq, ya da Rusiyaya birləşmək.

*2021-ci ilin 17 avqustunda yenə də Gevorq Mirzayan Mərkəzi Asiya ölkələrini hədələyərək bildirib ki, oradakı rusların “Rusiyanın simasında mühafizəkarı” var.

*6 yanvar 2022-ci ildə (vəzifəyə diqqət!) “Russiya Today” (RT) mediaholdinqinin rəhbəri Marqarita Simonyan özünün “Twitter” səhifəsində yazmışdı ki, Qazaxıstanın müstəqilliyi “çox gülməli və istehzadoğurucudur”...

*10 yanvar 2022-ci ildə “Sarqrad” təbliğat kanalının efirində yenidən Mirzayan Qazaxıstan prezidentinin administrasiyasını hədəfə alaraq ona qarşı ittiham yağdırıb. “Qzaxıstan rəhbərliyi aqressiv qazax millətçiliyi yaradır”, deyə Rusiyanın təbliğat maşınının erməni “ruporu” bildirib.

*22 fevral 2022-ci ildə Marqarita Simonyan Qazaxıstanın Donbasda yaradılmış separatçı quruluşu tanımaqdan imtina etməsi ilə bağlı özünün teleqram kanalında bu ifadələri yazmışdı. SİTAT: “Naşükürlük xəyanətin doğuşudur. Belələri ən alçaq, ən cılız, kinli və təhlükəli insanlardır. Onlardan qurtulmaq lazımdır”.

*2022-ci ilin fevralında isə Marqarita Simonyanın əri (vəzifəyə diqqət!) Rusiya teleradio şirkətinin rəsmisi, televiziya və radio aparıcısı Tiqran Keosoyan Rusiyanın Ukraynada başlatdığı müharibəsinə dəstək göstərməkdən imtina etmiş Qazaxıstanın ünvanına təhdidlər yağdırıb. SİTAT: “Qazaxlar, qardaşlar, bu nə naşükürlükdür? Ukraynaya diqqətlə baxın və ciddi şəkildə düşünün... Əgər hesab edirsinizsə bundan sonra da bicliklə sakitcə dayanmaqla işinizi görmüş olacaqsınız və sizə heç nə olmayacaq, yanılırsınız!”

*17 may 2022-ci ildə Mirzayan NTV telekanalında bəyan edib. SİTAT: “Qazaxıstan hakimiyyəti xəyanətə əsaslanan çoxvektorlu oyun oynamağa davam edir və bu oyunun qarşısını almaq zamanı yetişib”.

*2022-ci ilin 24 may tarixində “Vzqlyad.ru” (vz.ru) saytında çıxış edən Mirzayan Qazaxıstan da daxil olmaqla digər postsovet respublikalarını da daxil edərək deyib. SİTAT: “Bütün bu ölkələr Rusiyadan asılıdırlar və bununla yanaşı qanunsuz Vaşinqton əmrlərini yerinə yetirməyə cürət edirlər. Bütün bu ölkələr Rusiyanın hesabına yaşayırlar, amma buna baxmayaraq ona qarşı sürülmüş sanksiyalara qoşulurlar... Rusiya onların əl-qol açmalarına imkan verib”.

Beləliklə, postsovet ölkələrinə qarşı düşmənçilik toxumları səpən Simonyan, Keosoyan, Babayan, Baqdasaryan, Mirzayan kimiləri ortaya “ideyalar” atır, sonradan isə Kremlin bəlli dairələri bu “ideyalar” çərçivəsində fəaliyyətə başlayırlar. Misal üçün, hələ 2015-ci ilin iyununda Baqdasaryan deyirdi ki, Donbasdakı müharibə daha irimiqyaslı hərbi əməliyyatların başlamasına səbəb olacaq. 2021-ci ilin yanvarında isə işğal altındakı Donetskdə olan Simonyan elan etmişdi ki, Rusiya Donbası “evinə geri qaytarmalıdır”. Həmin ifadə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən 13 ay əvvəl səslənmişdi. Və məhz həmin vaxt Rusiya prezidentinin mətbuat katibi, eləcə də XİN sözçüsü bildirmişdi ki, həmin ifadələr Simonyanın şəxsi fikirləridir və Donbasın ilhaqı RF-nın gündəmində deyil.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə