“İki ölkə arasındakı münasibətlərin qədim tarixi var” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İki ölkə arasındakı münasibətlərin qədim tarixi var” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Məlumat verildi ki, Qazaxıstanda keçirilən prezident seçkilərində Qazaxıstanın hal-hazırkı dövlət başçısı Kasım Comərd Tokayev növbəti müddətə Qazaxıstanın lideri seçildi. Bu münasibətlə cənab Prezidentimiz ona zəng edərək təbrik edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, cənab İlham Əliyev təbrik zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksək səviyyədə olduğunun və bundan sonra da inkişafının daha da yüksələcəyini bildirdi: “İki ölkə arasındakı münasibətlərin qədim tarixi var. Müstəqillik qazanıldıqdan sonra bu münasibətlər yeni səviyyəyə keçdi”.

Deputat sözlərinə belə davam edib: “Əvvəlki prezident Nursultan Nazarbayev Azərbaycanın suveren hüquqlarının qorunmasında daima özünün prinsipial mövqeyini ortaya qoydu, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Eyni siyasəti biz, eyni zamanda, Kasım Comərd Tokayevdə də görürük, onun fəaliyyəti Qazaxıstanın problemlərinin həllində, dövlətçiliyinin möhkəmlənməsində böyük rol oynayır. Buna görə də o Qazaxıstan seçicilərinin əksəriyyətinin səsini qazandı.

Tokayev Azərbaycanla münasibətlərə ciddi fikir verir və Azərbaycan birgə layihələrin iştirakına böyük maraq göstərir. Bu yaxınlarda o ildə bir dəfə Qazaxıstan, Türkiyə, Azərbaycan dövlət başçılarını növbə ilə bu 3 ölkənin birində sammitinin keçirilməsi təklifini irəli sürdü. Bu, onu göstərir ki, Qazaxıstan rəhbəri ikitərəfli və çoxtərəfli türk dövlətləri münasibətlərinə xüsusi əhəmiyyət verir. Qazaxıstanın inkişafı Azərbaycanda həmişə böyük razılıqla qarşılanır, qazax xalqı qədim türk torpaqlarından xalqındandır və qardaş xalqın öz layiqli həyatını qurması üçün apardığı fəaliyyət Azərbaycan tərəfindən daima dəstəklənir.

İnanırıq ki, cənab Tokayevin Qazaxıstan prezidenti seçilməsi Azərbaycan-Qazaxıstan münasibətlərini daha da möhkəmləndirəcək. Tərəflər əməkdaşlığı genişləndirəcək və yeni sahələrini əhatə edəcəklər. Biz birlikdə regionda inkişafın və stabilliyin təmin edilməsində birgə fəaliyyət göstərəcəyik. Bu məsələdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Qazaxıstan prezidenti Tokayevin yaxşı münasibətlərinin şəxsi əlaqələrinin böyük rol oynayacağını düşünürük”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə