“Makronla Paşinyanın işbirliyi ifşa olunur” AÇIQLAMA

“Makronla Paşinyanın işbirliyi ifşa olunur” AÇIQLAMA

“Ermənistanın baş naziri Nikol Paşinyan Tunisin Cerba şəhərində keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 18-ci sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşüb. Makronla Paşinyan cüt bacıdırlar və harada istəsələr orda görüşə bilərlər. Bunların söhbətləri də bacı-bacı söhbətlərdir və onların öz çərçivəsindən kənara çıxa bilməz. Makronla Paşinyanın məqsədi Azərbaycana qarşı beynəlxalq təşkilatlarda qərarlar qəbul etdirməkdir”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan ədalətli və ləyaqətli ölkə kimi tanınır: “Makronla Paşinyanın beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qərar qəbul etdirmək cəhdləri ifşa olunur. Makron - Paşinyan cütlüyünün Qafqaz regionuna verə biləcəyi heç bir faydası yoxdur. Çünki Fransa və Ermənistanın həyatı günahsız insanlara qarşı soyqırımlar törətməklə, işğalçılıqla tarixə həkk olunmuşdur. Bu gün isə dünya dəyişilib və 5-dən böyük olduğu sübut olunub. Ona görə də, Makronun və Paşinyanın yeganə yolu Azərbaycan və Türkiyə ilə razılaşmaqdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə