Dövlət Statistika Komitəsində YAP-ın 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib FOTOLAR

Dövlət Statistika Komitəsində YAP-ın 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının “İnşaatçılar pr.81” (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) ünvanı üzrə ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədrinin birinci müavini Vahab Məmmədov, Komitə sədrinin müavinləri-Rauf Səlimov, Yusif Yusifov, komitənin aparat rəhbəri Cabbar Musayev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Partiyanın qızıl fondu, 91-lərdən biri Şahlar Əsgərov, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Komitənin Ümumi şöbəsinin midiri, “İnşaatçılar pr.81” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sevda Süleymanova və ərazi üzrə partiyanın üzvləri iştirak edib.Tədbirin rəsmi hissəsində öncə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilibTədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.İştirakçıları salamlayaraq tədbiri açıq elan edən Komitənin Ümumi şöbəsinin midiri, “İnşaatçılar pr.81” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sevda Süleymanova tədbirin baş tutmasının əsas səbəbinin qarşıdan gələn Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı olduğunu qeyd etdi. Ərazi partiya təşkilatının sədri ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Qeyd olunub ki, qələbələr partiyası kim adını tarixə qızıl hərflərlə yazdıran Yeni Azərbaycan Partiyası bu gün Cənab Prezident İlham əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edir.Çıxış edən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov qeyd etdi ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Prezident İlham Əliyevin partiyaya sədr seçilməsindən sonra isə YAP inkişafının yeni mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğu vurğulanıb, bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib. Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Partiyanın qızıl fondu, 91-lərdən biri Şahlar Əsgərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim ulu öndər Heydər Əliyevə idi. Heydər Əliyev öz Qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib. Yekun nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 30 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edilib. Bu gün Prezident İlham Əliyevin sədri olduğu partiya məramı, proqramı, həm də fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, Azərbaycanın gələcəyi naminə ilklərə imza atır, cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımlayır. Hakim partiyanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoyması xüsusi ilə diqqətəlayiqdir. Çıxışının sonunda B.Nəbiyev çıxışının sonunda qarşıdan gələn Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə partiyamıza üzv olan bütün əməkdaşları təbrik etdi. Tədbirinin sonunda ərazi üzrə partiyaya üzv olanların bir qrupuna partiyanın ictimai-siyasi həyatında aktiv fəaliyyətə görə fəxri fərmanlar təqdim olunub.

Nəzakət

Bütün xəbərlər Facebook səhifəmizdə