Xarxar kəndində şəhid Vüqar Rüstəmovun məzarı ziyarət olunub FOTOLAR

Xarxar kəndində şəhid Vüqar Rüstəmovun məzarı ziyarət olunub FOTOLAR

16.11.2022-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayon Xarxar kənd sakini Rüstəmov Vüqar Kamil oğlunun ikinci ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının sədri, Gədəbəy rayon İH Başçısı aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi. Şəhid valideyni dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Bütün xəbərlər Facebook səhifəmizdə