"Erməniçilik mifinin darmadağın edilməsi Azərbaycanın tarixi nailiyyətidir" AÇIQLAMA
“Türk dünyasının tarixində növbəti tarixi yüksəlişin memarı, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlı olan Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı söz demək nə qədər çətin, məsuliyyətlidirsə, o qədər də şərəflidir. Təkcə ona görə yox ki, bu siyasi təşkilat Azərbaycanı məhv olma təhlükəsindən xilas edib də, dünyada söz sahibi olan qüdrətli bir dövlətə çevrilməsi kimi tarixi nailiyyətə imza atdı, həm də ona görə ki, Ulu Öndərin layiqli, müdrik davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqının yenilməz lideri, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında xalqımız 300 illik məğlubluq sindromundan xilas olub, dünyada qalib, mətanətli xalq kimi tanındı”. Bunu “Səs” qəzetinə açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, 200 ildən çox tarixi olan erməniçilik mifinin darmadağın edilməsi isə Azərbaycanın, ümumən türk dünyasının tarixi nailiyyətidir: “Bu və digər tarixi nailiyyətləri olan bir siyasi təşkilat haqqında, ancaq xoş sözlər demək kifayət deyil, siyasi mənsubiyyətindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər kəs bu müdrik siyasi kursun Vətən və xalq naminə daha böyük uğurlar fəth etməsində yaxından iştirak etməli, bu siyasi təşkilata dəstək vermək üçün əlindən gələni əsirgəməməlidir. 30 illik yubileyi münasibətilə başda partiyanın əvəzolunmaz sədri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla bütün üzvlərini təbrik edir, daha qüdrətli Azərbaycan, birləşmiş türk dünyası naminə çətin və şərəfli yolda yeni-yeni uğurlar arzulayıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB