Senatın 36 deputatı anti-Azərbaycan qətnaməsinin qəbul olunmasında bitərəf qalıb SƏBƏB

Senatın 36 deputatı anti-Azərbaycan qətnaməsinin qəbul olunmasında bitərəf qalıb SƏBƏB

Ötən gün Fransa senatının ermənipərəst deputatları anti-Azərbaycan xarakterli qətnaməyə səs verməklə bir daha sübut etdilər ki, artıq Fransa adlı dövlətin nə insan hüquqlarına, nə də demokratik dəyərlərə bağlı olması faktı mövcud deyil. Uzun illər artıq mövcud olmayan ATƏT-in Minsk qrupunda həmsədr ölkə olaraq fəaliyyət göstərən Fransanın ermənipərəstlik mövqeyi istər həmin zamanlarda, istərsə də indi növbəti dəfə öz təsdiqini tapmış oldu. Ermənistanın işğalçılıq və təcavüzkar siyasəti fonunda yüz minlərlə azərbaycanlının pozulmuş haqlarını bir dəfə də olsun müdafiə etməyən, Xocalı və s. soyqırımlarına münasibətini bildirməyən Fransa artıq “kim” olduğunu özü-özlüyündə, mövcud qətnaməni qəbul etməsi ilə sübuta yetirmiş oldu. Təbii ki, Fransa senatının bu qərarı artıq Azərbaycan dövlətinin əsaslı şəkildə Fransa ilə siyasətinə yenidən baxmasına rəvac verir və ən əsası, bu ölkənin vasitəçilik missiyasından rədd edilməsi reallığını ortaya qoyur.

Yeri gəlmişkən, senatın qətnamə qəbul etdiyi vaxt bir deputat əleyhinə olmaqla 36 deputat səsvermədən kənarda qalıb və onlar bunun səbəblərini də izah ediblər. SİA xəbər verir ki, rüsvayçı və riyakar xarakterli anti-Azərbaycan qətnaməsinin qəbulundan sonra Fransanın RDPI –dən olan parlament qrupunun nümayəndəsi Nikol Dyuranton bildirib ki, həmin qətnamə “Dağlıq Qarabağ Respublikasının” tanınması vacibliyini təsdiqləyir və belə bir addım Fransanı dayanıqlı sülhün əldə olunması istiqamətindəki vasitəçilik rolundan məhrum edir”.

O bildirib ki, RDPI-ni təmsil edən qrupun əksər üzvləri konstruktiv bitərəflik mövqeyini tutmaq qərarını verdilər. Onun sözlərinə görə, qəbul edilən qətnamədəki bir sıra məsələlər onu şübhə altında qoyur.

Bütün xəbərlər Facebook səhifəmizdə