"İran ölkəmizə qarşı aqressiv siyasət yeridib" - ZİYAFƏT ƏSGƏROV

"İran ölkəmizə qarşı aqressiv siyasət yeridib" - ZİYAFƏT ƏSGƏROV

"Hər bir dövlətin konstitusiya quruluşu onun suverenliyi, müstəqilliyi və sərhədlərin toxunulmazlığı üçün ən müqəddəs dəyərlərdən biridir. İran 20 il ərzində Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı dövründə heç bir addım atmamaqla yanaşı, ölkəmizə qarşı aqressiv siyasət yeridib". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, onlar Azərbaycan əleyhinə fərqli bəyanatlar səsləndirməklə yanaşı, İranın radikal qüvvələri Azərbaycanda vəziyyəti gərginləşdirmək istəyirlər.

Vətən müharibəsi başa çatandan sonra İran Azərbaycan sərhədində 3-cü və ən böyük təlimini keçirib. Həmçinin, İran ötən ilin oktyabrında da Azərbaycan sərhədində irimiqyaslı təlimlər keçirib. Cənab İlham Əliyev o zaman da açıq şəkildə bunu sorğulamış və öz möqeyini kəskin şəkildə ortaya qoymuşdu".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə