Yeni Azərbaycan Partiyası yeniləşən və inkişaf edən partiyadır FOTOLAR
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə Yasamal rayonunda silsilə tədbirlər davam edir
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının “Mətbuat pr.40” (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsininAnchor 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri, “Mətbuat pr.40” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Əlibaba Əliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva və ərazi üzrə partiyanın üzvləri iştirak edib. Tədbirin rəsmi hissəsindən öncə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının 30 illik uğurlu fəaliyyətini əks etdirən videoçarx təqdim olunub. İştirakçıları salamlayaraq tədbiri açıq Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri, “Mətbuat pr.40” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Əlibaba Əliyev tədbirin baş tutmasının əsas səbəbinin qarşıdan gələn Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı olduğunu qeyd etdi. Qeyd olundu ki, bu gün ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən 30 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 800 minə üzvlərini birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi.Bu gün doğma Partiyamız Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü tarixi bir anlarda - Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün ikinci ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbayacanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”. B.Nəbiyev çıxışının sonunda qarşıdan gələn Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə partiyamıza üzv olan bütün əməkdaşları təbrik etdi. Tədbirinin sonunda ərazi üzrə partiyaya üzv olan bir qrup şəxsə ictimai-siyasi fəaliyyətlərinə görə fəxri fərmanlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB