"Əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın əsas prioritetlərindəndir" - SİYASİ EKSPERT DANIŞDI
"Özbəksitanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı türk dünyası üçün xüsusi əhəmiyyətə malik bir hadisə idi. Bu tarixi toplantını həm də Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti təsdiqi də adlandırmaq olar. Məlumudur ki, Səmərqənd sammiti 2021-ci ildə Azərbaycanın sədrliyi dövründə strukturun dəyişdirilməsindən sonra türk dövlətləri başçılarının yeni formatda ilk görüşü oldu". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, türk dünyası 200 milyondan artıq əhalisi olan geniş coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat potensialına və müasir hərbi imkanlara malikdir: "Bu imkanların birləşdirilməsi və möhkəmləndirilməsi baxımdan da türkdilli ölkələrin birliyinə son dərəcə böyük ehtiyac var. Məlumdur ki, hazırda dünyada olduqca təhlükəli proseslər gedir, yeni təhdidlər, ziddiyyətli çağırışlar meydana gəlir. Belə bir çətin və həssas dönəmdə türkdilli dövlətlərin bir olmasına, vahid siyasi xəttlə inkişaf etməsinə və bir masada cəmlənməsinə ehtiyac var. Azərbaycan bu baxımdan daim bir addım öndə olub və həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. Əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Qardaş ölkələrin bir masa arxasında bir araya gəlməsi türk dünyasının inteqrasiya prosesinin güclənməsinə də töhfə verir. Bundan əvvəl yaradılan Türk Şurasına rəhbərlik dövründə Azərbaycan Prezidenti İlham Əliyev təşkilatı bütün türkdilli ölkələrin əməkdaşlığı üçün əsl platformaya çevirə bilib. Məhz Azərbaycanın mövqeyi TDT-nin yaradılmasında həlledici amil oldu. Bu struktur üzv ölkələr üçün həyati əhəmiyyət kəsb edir və çox effektiv platformalardan biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB