"Bu əlaqələrin tarixi, etnik və mədəni kökləri var" - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycanla Özbəkistan arasında əlaqələr həm ikitərəfli, eyni zamanda Türk Dövlətləri Birliyi çərçivəsində inkişaf edir. Bu əlaqələrin tarixi, etnik və mədəni kökləri var". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, xüsusən dövlət başçımızın Özbəkistana son səfərləri çox zəngin səfərlər oldu: "Düşünürəm ki, bu əlaqələr ölkələrimiz arasında olan yaxınlaşmanı daha da surətləndirəcək".
Vüqar Əhmədov sözlərinə belə davam edib: "Bu gün müxtəlif sahələrdə bu əlaqələri inkişaf etdirməyə ehtiyac vardır. Özbəkistan həm öz iqtisadi potensialına, resurslarına və coğrafi mövqeyinə görə cəlbedici ölkədir, mədəni baxımdan da zəngin ölkədir və Azərbaycanla münasibətlərə böyük önəm verir. Bizi birləşdirən bir çox dəyərlər var və eyni dil, din və milliyət bu əlaqələrə yeni çalarlar qatır. Mərkəzi Asiyanın aparıcı ölkəsi olan Özbəkistan inkişaf etməkdədir və Azərbaycanla çox uğurlu nəqliyyat və tranzit əlaqələri yaxın perspektivdə qurula bilər. Özbəkistan həm də digər mərkəzi Asiya ölkələri ilə müqayisədə müxtəlif siyasi qütblərin təsirindən müəyyən qədər uzaq ölkədir və bu bizi daha da yaxınlaşdırmağa kömək edir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB