Ermənistanın təcavüzkar siyasəti bütün müsəlman aləminə qarşı yönəlib
İki il bundan öncə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdu. 2020-ci il 8 noyabr tarixində Şuşa şəhəri azad olunduqdan cəmi iki gün sonra hərbi texnikası tamamilə məhv edilmiş, canlı qüvvədə böyük itkilər vermiş Ermənistan faktiki olaraq kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla torpaqlarımızın 30 il davam edən işğalına son qoyuldu. Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin noyabr ayının 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxış edərkən bildirdi ki, Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Bu gün Azərbaycanın Birinci Qarabağ müharibəsindəki məğlubiyyətinin səbəbləri hər kəsə məlumdur. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Bu məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdı. Buna görə də Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbəni əldə edən Şanlı Ordumuz bizə təkcə torpaqlarımızı deyil, həm də qürurumuzu qaytardı.
Əlbəttə ki, qələbə Azərbaycana heç də asan başa gəlməyib. 2003-2020-ci illər ərzində Azərbaycan Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük bir hazırlıq mərhələsini keçib. İlk növbədə ölkədə güclü iqtisadiyyat yaradılıb və bunun əsasında ordumuz müasir texnika və silahlarla təchiz olunub. Buna paralel olaraq həmin illər ərzində beynəlxalq müstəvidə çox fəal iş aparılıb. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi. Qeyd etmək lazımdır ki, müstəqilliyimizin bərpasından sonrakı ilk illər ərzində normal xarici əlaqələrin qurulmaması bu illərdə Qarabağda baş qaldıran erməni separatizmi və işğalçılıq siyasətinin də dünyaya çatdırılmasında ciddi əngəllər yaradırdı. Bu neqativ tendensiyaya yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə son qoyuldu. Ulu Öndər bütün yaxın və uzaq ölkələrlə normal əlaqələr qurmağı xarici siyasətdə əsas prioritet hesab edirdi. Ümummilli Lider İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də hər zaman xüsusi diqqət yetirib. Nəzərə almaq lazımdır ki, İslam dünyası ilə əlaqələri inkişaf etdirmək Qarabağ problemi və erməni işğalı barədə həqiqətləri müsəlman aləminin mövcud imkanlarından istifadə edərək bütün dünyaya çatdırmaq baxımından önəmli idi və Ulu Öndər Heydər Əliyev bunu hamıdan yaxşı bilirdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu gün müsəlman ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Dövlət başçımızın ötən 19 il ərzində müsəlman ölkələrinə həyata keçirdiyi səfərlər, əldə edilən ikitərəfli razılaşmalar bunu aydın şəkildə nümayiş etdirir. Təəssüflər olsun ki, istər işğal illərində, istərsə də postmünaqişə dövründə bəzi qonşu müsəlman ölkələr Ermənistanla həmrəylik nümayiş etdirərək onları hər cür dəstəkləməyə çalışırlar. Lakin Azərbaycan erməni vandalizminin acı nəticələrini bütün dünyaya nümayiş etdirməklə bunun səhv mövqe olduğunu hər kəsə sübut etdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, məscidləri dağıdan faşist rejimi müsəlman ölkələri ilə dost ola bilməz. Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələr qurdu və onlara izah etməyə nail oldu ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır.
Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrindən özünə dərs götürməli və bu dərsləri heç zaman unutmamalıdır. və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər kimsə nə vaxtsa yenidən ölkəmizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, dəmir yumruğu bir daha görəcək və son iki ilin tarixi bunu bir daha göstərdi.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



